Fizika İnstitutunun gənc alimi beynəlxalq simpoziumda çıxış edib
Bakı, 11 mart, AZƏRTAC
Yaponiyanın Materialların Nanoarxitektonikası üzrə Beynəlxalq Mərkəzi (WPI-MANA) və Materialşünaslıq Elmləri üzrə Milli İnstitutunun (NIMS) birgə təşkilatçılığı ilə “Gənc Alimlərin Beynəlxalq Mərkəzi (ICYS) MANA-2021” beynəlxalq simpoziumu keçirilib. Fizika İnstitutunun böyük elmi işçisi, fizika üzrə fəlsəfə doktoru Samirə Məmmədova tədbirdə iştirak edib.
Fizika İnstitutundan AZƏRTAC-a bildirilib ki, gənc alim simpoziumda “Çoxdivarlı-Karbon Nanoboru əsaslı/Azərbaycan bentoniti kompozitlərinin elektrik xassələrinin tədqiqi” mövzusunda videoposter təqdimatla çıxış edib.
Onlayn keçirilən tədbirdə dünyanın aparıcı ölkələrinin elm mərkəzlərinin nüfuzlu əməkdaşları, eləcə də gənc alimləri tərəfindən nanotexnologiya və nanomaterialların perspektiv istiqamətləri barədə müzakirələr aparılıb, məruzələr və videoposterlər dinlənilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [12:30]
Bakı məktəblərində yeni ekoloji layihə: “Təbiət və memarlığın harmoniyası”
- 07.10.2026 [11:41]
Prokurorluq orqanlarına işə qəbul üzrə imtahanda 324 namizəd iştirak edəcək
- 07.10.2026 [11:11]