Fiziologiya İnstitutunun əməkdaşları beynəlxalq jurnalın redaksiya heyətinə üzv seçiliblər
Bakı, 11 mart, AZƏRTAC
Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun baş direktoru biologiya elmləri doktoru, professor Ulduz Həşimova və baş elmi işçi biologiya elmləri doktoru Xədicə İsmayılova “Kliniki fiziologiya və patologiya” jurnalının (The Journal of Clinic Physiology & Patology) redaksiya heyətinə üzv seçiliblər.
İnstitutdan AZƏRTAC- bildirilib ki, “Kliniki fiziologiya və patologiya” resenziya olunan tibbi və bioloji jurnaldır. Jurnalda fiziologiya, patologiya, anesteziologiya, oftalmologiya, stomatologiya və digər sahələrdə orijinal kliniki və eksperimental məqalələr, icmallar çap edilir. Jurnalın yaxın bir ildə “Scopus” elmi bazasında indeksləşəcəyi nəzərdə tutulub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [14:21]
Xalq-Lider birliyinin təntənəsi: Heydər Əliyev irsi və müasir Azərbaycan
- 11.06.2026 [11:16]