“Floris” qasırğası Böyük Britaniyanın şimalında nəqliyyatın hərəkətini iflic edib
London, 4 avqust, AZƏRTAC
Böyük Britaniyanın şimal bölgələrində müşahidə olunan “Floris” qasırğası nəqliyyatın hərəkətini çətinləşdirib.
AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, Şotlandiya, Şimali İrlandiya, Uels və İngiltərənin şimal hissələrində güclü külək əsir, intensiv yağış yağır.
Böyük Britaniyanın Meteoroloji xidməti Şotlandiyanın böyük bir hissəsi üçün narıncı, İngiltərənin şimalı, Uels, Şimali İrlandiya və Şotlandiyanın digər bölgələri üçün isə sarı xəbərdarlıq elan edib.
Ölkənin şimalında dəmir yolu və hava nəqliyyatı ilə hərəkət ciddi şəkildə pozulub. Şərq sahil magistral xətti üzrə Nyukasldan şimala olan bütün qatar reysləri ləğv edilib. “Avanti Vest Kost” şirkəti tərəfindən vətəndaşlara Preston şəhərindən şimala səyahət etməmək tövsiyə olunub. Qlasqodan Şotlandiyanın adalarına planlaşdırılan bəzi aviareyslər də hava şəraiti səbəbindən ləğv olunub. Avtomobil yollarında da ciddi məhdudiyyətlər tətbiq edilib. Şotlandiyanın əsas körpülərinin əksəriyyəti bəzi nəqliyyat vasitələrinin hərəkəti üçün bağlanıb.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.08.2026 [18:59]
Tramp Hörmüz boğazında bütün minaların məhv edildiyini açıqlayıb
- 25.08.2026 [18:11]
Rəcəb Tayyib Ərdoğan: “Türkiyə Əsri”ni qurmağa başlamışıq
- 25.08.2026 [17:04]
Sakit okeandakı Vanuatu adalarında vulkan püskürüb
- 25.08.2026 [15:20]
Almaniya daha 23 əfqan miqrantı deportasiya edib
- 25.08.2026 [15:13]
Fransa kiberhücumlar qarşısında zəifliyini etiraf edir
- 25.08.2026 [15:11]