İDMAN
Formula 1 Azərbaycan Qran-Prisi öncəsi Pit zolağında gəzinti təşkil olunub
Bakı, 27 aprel, AZƏRTAC
Formula 1 Azərbaycan Qran-Prisi öncəsi aprelin 27-də Pit zolağında gəzinti olub.
AZƏRTAC xəbər verir ki, yarışın ən maraqlı hissələrindən sayılan Pit zolağı gəzintisi 2 saata yaxın davam edib. Burada F-1 azarkeşləri komandalar, onların qarajları ilə yaxından tanış olmaq, dünyaşöhrətli pilotlarla rəsm çəkdirmək imkanı əldə ediblər.
Pərəstiş etdikləri komandaların yarışa hazırlığı ilə yaxından tanış olan azarkeşlər qarajlarda yaradılmış şəraitlə də maraqlanıblar.
Böyük coşqu ilə keçən Pit zolağı gəzintisindən azarkeşlər xoş təəssüratlarla ayrılıblar.
Xatırladaq ki, yalnız üçgünlük bileti olan tamaşaçılar Pit zolağı gəzintisində iştirak ediblər.
Formula 1 Azərbaycan Qran-Prisi aprelin 28-30-da Bakı şəhər halqasında keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.01.2024 [12:32]
Məhəmməd Ben Sulayem: Formula 1-in CAR-a qayıtması mühüm hadisəyə çevriləcək
- 03.08.2023 [03:26]
Formula 1 Macarıstan Qran-Prisi daha beş il yarış təqvimində qalacaq
- 29.07.2023 [21:03]
Ferstappen Formula 1 Belçika Qran-Prisində sprint yarışının qalibi oldu
- 24.07.2023 [14:41]
“Red Bull” komandası yeni rekorda imza atıb
- 24.07.2023 [12:52]
Maks Ferstappen Macarıstan Qran-Prisinin qalibi olub
- 19.07.2023 [19:45]
Formula 1 komandaları pelotonun genişləndirilməsinə qarşı çıxıblar
- 19.07.2023 [17:57]
Formula 1-in üç komandası xərclərin məhdudlaşdırılması qaydasını pozub
- 19.07.2023 [16:42]
Formula 1-in Macarıstanda təsnifatı yeni formatda keçiriləcək
- 14.07.2023 [16:53]