Formula 1 Azərbaycan Qran-Prisinə 100-ə yaxın xarici könüllü qatılacaq
Bakı, 8 iyun, AZƏRTAC
Formula 1 Azərbaycan Qran-Prisinin ayrılmaz hissəsi olan könüllülər yarışa hazırdır. Bu il yarışa 1500 yerli könüllü cəlb olunacaq. Yerli könüllülərlə yanaşı, həmçinin 100-ə yaxın xarici könüllü yarışın təşkilinə öz dəstəyini göstərəcək.
AZƏRTAC xəbər verir ki, xarici könüllülər ABŞ, İrlandiya, İsveçrə, İndoneziya, Pakistan, Çin, Tanzaniya, Qana, Qazaxıstan kimi ölkələrdən yarışa qatılaraq yerli könüllülərlə birgə çalışacaqlar.
Könüllülərin çoxu tribunalar, biletlər və kütləyə nəzarət kimi vəzifələri icra edəcəklər.
Xatırladaq ki, Formula 1 Azərbaycan Qran-Prisi üçün 8 minə yaxın könüllü qeydiyyatdan keçib, onlardan 1500-ü müsahibə əsasında seçilərək yarışa cəlb olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.09.2026 [15:48]
Formula 1: Corc Rassell liderliyini qoruyur
- 24.09.2026 [17:21]
AAF Formula 1 zamanı klassik avtomobillərin sərgisini keçirir
- 21.09.2025 [20:46]
Bakıda Formula 1 həyəcanı – FOTOREPORTAJ
- 21.09.2025 [16:41]
Maks Ferstappen Formula 1 Azərbaycan Qran-Prisinin qalibi olub
- 21.09.2025 [08:00]