FOTOMÜSABİQƏDƏ YAXŞILARIN YAXŞISI MÜƏYYƏNLƏŞDİRİLDİ
Fotojurnalist Akif Ağayev “Azərenerji” SC, “Delovoy Azerbaydjan” qəzeti və Jurnalistlər Birliyinin “Qoy həmişə Günəş olsun!” devizi ilə birgə keçirdikləri II Ümumrespublika fotomüsabiqəsinin qalibi olmuşdur.
“Azərenerji” SC-nin mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, 9 ay davam edən fotomüsabiqədə 19 peşəkar və həvəskar fotoqraf iştirak etmişdir. Müsabiqəyə təqdim edilmiş 142 fotodan 91-i dərc olunmuşdur.
Müsabiqənin qalibi 1,5 milyon manat mükafat almış və birinci dərəcəli diploma layiq görülmüşdür.