“FÖVQƏLADƏ VƏZİYYƏT HAQQINDA” QANUN LAYİHƏSİ İKİNCİ OXUNUŞA HAZIRDIR
AZƏRTAC xəbər verir ki, iclasda “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında” və “Fövqəladə vəziyyət haqqında” qanun layihələri müzakirə olunmuşdur.
Milli Məclis sədrinin müavini, komissiyanın sədri Ziyafət Əsgərov demişdir ki, qanunlara təklif olunan əlavə və dəyişikliklərin böyük əksəriyyəti redaktə və korrektə xarakteri daşıyır. Sonra ikinci layihə müzakirə olunmuşdur. Qeyd edilmişdir ki, “Fövqəladə vəziyyət haqqında” qanun layihəsinin parlamentdə birinci oxunuş müzakirəsi zamanı deputatlar tərəfindən bir sıra irad və təkliflər səslənmişdi. İşçi qrupu onların bəzilərini nəzərə almışdır. Layihədə fövqəladə vəziyyətin tətbiq edilməsində məqsəd, onun əsasları və qaydası, Milli Məclis tərəfindən fövqəladə vəziyyətin tətbiq edilməsi barədə normativ hüquqi aktın təsdiq edilməsi, fövqəladə vəziyyətin ləğvi və digər müddəalar öz əksini tapmışdır.
Müzakirələrdən sonra layihənin Milli Məclisin müzakirəsinə çıxarılması qərara alınmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [16:59]
Ali Məclisin 2026-cı il payız sessiyasının ilk iclası keçirilib
- 30.09.2026 [16:01]
Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda təsdiqlənib
- 30.09.2026 [13:05]
Monqolustanla hava əlaqəsi haqqında Saziş təsdiq edilib
- 30.09.2026 [12:21]