Frankfurt aeroportunda 170-dən çox reys ləğv olunub
Bakı, 19 dekabr, AZƏRTAC
Almaniyanın ən böyük beynəlxalq hava limanı olan Frankfurt aeroportunun işi buzlanma səbəbindən pozulub.
AZƏRTAC Assosiated Press agentliyinə istinadla xəbər verir ki, bazar ertəsi günü səhər saatlarında Frankfurt aeroportunda 176 aviareys ləğv edilib. Hava limanının mətbuat xidmətinin məlumatına görə, bu günə ümumilikdə təxminən 1,1 min uçuş planlaşdırılır. Yeni ləğvetmə və gecikmə halları istisna olunmur. Səyahətçilərə uçuşların statusunu əvvəlcədən öyrənmək tövsiyə edilir.
Aeroportun mətbuat xidməti, eyni zamanda, bildirib ki, hələlik uçuşların tam dayandırılması nəzərdə tutulmur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [19:07]
Belçika şirkətləri kiberhücumlarla daha çox üzləşirlər
- 16.10.2026 [19:07]
Aİ və Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirmək niyyətindədir
- 16.10.2026 [18:23]
Çexiyada Senata seçkilərin ikinci turu keçirilir
- 16.10.2026 [18:19]
Efiopiyada Tiqray bölgəsinə altı aylıq keçid administrasiyası yaradılıb
- 16.10.2026 [17:04]
İtaliya və İspaniya sərhəd yoxlamalarını ləğv etməyə hazırlaşır
- 16.10.2026 [17:00]