Frankfurt-Maynda Azərbaycanın ərazi bütövlüyünə dəstək məqsədilə mitinq keçirilib
Berlin, 6 oktyabr, AZƏRTAC
Almaniyanın Frankfurt-Mayn şəhərində Azərbaycanın ərazi bütövlüyünə dəstək məqsədilə mitinq keçirilib.
AZƏRTAC xəbər verir ki, mitinq və yürüş Frankfurt-Mayn və ətrafında yaşayan Azərbaycan nümayəndələri tərəfindən təşkil edilib.
Bu günlərdə bütün Almaniyada olduğu kimi, ölkənin maliyyə paytaxtında da Almaniyanın birləşməsinin 30 illiyi ilə bağlı böyük tədbirlər keçirilir. Bu əlamətdar tarixdən istifadə edən Azərbaycan diasporunun nümayəndələri Dağlıq Qarabağla bağlı şüarlar səsləndirib, cəbhədəki mövcud vəziyyətlə bağlı şəhər sakinlərinə məlumatlar təqdim ediblər.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin