FRANSA HƏBSXANALARINDA SIXLIQDIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, mart ayının 1-nə olan məlumata görə, 48603 dustaq üçün nəzərdə tutulmuş təcridxanalarda hazırda 61032 məhbus yerləşdirilmişdir. Ötən ilin iyul ayında məhbusların sayı 60193 nəfər olmuşdur. Məhbusların sayının durmadan artması ölkənin bir çox təcridxanalarında ağır vəziyyət yaratmışdır. Məsələn, 478 məhbus üçün nəzərdə tutulmuş Lus təcridxanasına 1079 nəfər yerləşdirilmişdir.Tulonda 144-a qarşı 339, Bayonda isə 65 yerlik həbsxanada 265 məhbus öz cəza müddətlərini çəkməyə məcbur edilmişdir.
Ölkə təcridxanalarında yaranmış bu acınacaqlı vəziyyət dövləti yeni böyük bir təcridxananın tikintisinə vadar edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [12:24]
Geoloqların proqnozu: Afrikada yeni dəniz yarana bilər
- 10.06.2026 [12:24]
ABŞ səfirliyi diplomatların İsrail daxilində hərəkətini məhdudlaşdırıb
- 10.06.2026 [12:10]
Media: Aviaşirkətlər qış uçuş cədvəllərində böyük dəyişikliklərə hazırlaşır
- 10.06.2026 [12:09]
Araşdırma: İtlər insan mesajlarını sözlər olmadan da anlaya bilir
- 10.06.2026 [12:06]
Beynəlxalq Sivilizasiyalararası Dialoq Günü
- 10.06.2026 [12:02]
Fransada yaşlı insanların sayının artacağı gözlənilir
- 10.06.2026 [11:42]