FRANSA HÖKUMƏTİ TƏHLÜKƏSİZLİK TƏDBİRLƏRİNİ GÜCLƏNDİRMƏYİ QƏRARA ALMIŞDIR
Ölkənin paytaxtı Parisdə əhalinin təhlükəsizliyini təmin etmək məqsədi ilə hər gün 1550 polis səfərbər olunacaqdır.
Daxili işlər naziri Nikola Sarkozi və Paris polisinin prefekti Pyer Mütz dekabrın 13-də Osman bulvarına baş çəkmiş və təhlükəsizlik tədbirləri ilə əlaqədar aparılan hazırlıq işləri ilə tanış olmuşlar.
Prefekt bildirmişdir ki, ölkədə baş vermiş iğtişaşlardan və onların törətdiyi fəsadlardan ciddi nəticə çıxarmış ölkə rəsmiləri Milad bayramı gecəsi və sonrakı günlər şəhərdə təhlükəsizliyi təmin etmək məqsədi ilə bu addımı atmağı qərara almışlar.
Bayram günləri ölkənin digər şəhərlərində də əlavə təhlükəsizlik tədbirləri görüləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [18:41]
Rəsmi Kiyev 5 fərqli atəşkəs formatı üzərində işləyir
- 07.10.2026 [17:46]
Yəməndə köçkünlərin sayı 200 mini keçib
- 07.10.2026 [17:37]
Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb
- 07.10.2026 [16:24]