FRANSA QƏZETİ İKT XARİCİ İŞLƏR NAZİRLƏRİ ŞURASININ BAKIDA KEÇİRİLMİŞ SESSİYASINDAN YAZMIŞDIR
Bakıda keçirilən sessiyanı mühüm tarixi hadisə kimi səciyyələndirən müəllif Avropanın bəzi nəşrlərində Məhəmməd peyğəmbərə karikaturaların dərc edilməsinin islam ölkələrində böyük narazılıqlar yaratdığını, bu hadisənin Şərqlə Qərb arasında əlaqələrə xüsusi təsir etdiyini vurğulayır. Bildirilir ki, Bakı sessiyasında inkişaf etməkdə olan müsəlman dövlətlərinə hərtərəfli yardım göstərilməsi, Qərb ölkələrində İslama qarşı yönəlmiş hərəkətlərə qarşı mübarizə aparmaq, İslam dinini daha yaxından tanıtmaq üçün Qərb dövlətləri ilə əlaqələri möhkəmləndirmək məsələləri diqqət mərkəzində olmuşdur.
Fransız jurnalisti islam ölkələrinin Avropa İttifaqının səlahiyyətli qurumları ilə əməkdaşlığı daha da inkişaf etdirmək və müsəlman gənclərini bu ruhda tərbiyə etmək barədə sessiyada səslənmiş çağırışları təqdir etmişdir. Müsəlman ölkələri arasında əlaqələrin inkişafının, sivilizasiyalararası dialoqun genişləndirilməsinin xüsusi əhəmiyyətini vurğulayan müəllif bütün bunların insanların baxışlarına və dünyagörüşlərinə təsir edən mühüm amil olduğunu bildirmişdir.
Jurnalist yazır ki, Bakıda keçirilmiş iki müxtəlif qütbün sosial və iqtisadi inkişafı arasındakı müxtəlifliyin müəyyən boşluqlar yaratdığını göstərir. Bu boşluğu aradan qaldırmaq üçün Avropa ilə müsəlman dünyası arasında tarixən mövcud olmuş barışdırıcı mühitdən istifadə etmək lazımdır.