Fransa Senatı pensiya islahatlarının yekun versiyasını təsdiq edib
Bakı, 16 mart, AZƏRTAC
Fransa Senatı təqaüd yaşının 62-dən 64-də qaldırılmasını nəzərdə tutan pensiya islahatları barədə qanun layihəsinin yekun versiyasını təsdiqləyib.
AZƏRTAC xəbər verir ki, 345 senatorun 193-ü sənədin lehinə, 114-ü əleyhinə səs verib. Qanun layihəsi Fransa Milli Məclisinin deputatları tərəfindən də dəstəklənsə, qəbul edilmiş sayılacaq. Parlamentin aşağı palatası sənədə münasibət bildirmək üçün günün ikinci yarısında toplanacaq.
Qeyd edək ki, pensiya islahatları Fransada kütləvi etirazlara səbəb olub. Bu ərəfədə keçirilən sayca altıncı aksiyada 500 mindən çox fransalı iştirak edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [19:22]
İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib
- 09.10.2026 [18:37]
Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib
- 09.10.2026 [17:57]
Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib
- 09.10.2026 [17:29]