FRANSADA 3,7 BAL GÜCÜNDƏ ZƏLZƏLƏ BAŞ VERMİŞDİR
Strasburq Yer Elmləri Rəsədxanasının yaydığı məlumata görə, bazar günü Fransanın Ot-Qaron əyalətində - Tuluz şəhərindən 70 kilometr cənubda 3,7 bal gücündə yeraltı təkanlar qeydə alınmışdır.
Yeraltı təkanların mərkəzi Monteskyö-Volvestr yaxınlığında Pireney dağının ətəyindəki buzlaq sahədə olmuşdur. Bütün gecə davam etmiş zəlzələnin dağ ətəyində alpinistlərin qaldığı Sali-dü-Salat məntəqəsində kiçik dağıntılar törətdiyi ehtimal edilir.
İnsan tələfatı barədə hələlik heç bir məlumat verilməmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [23:40]
Minlərlə metallurgiya işçisi Almaniyada etiraz aksiyalarına çıxıb
- 12.06.2026 [21:23]
Şahbaz Şərif: ABŞ və İran arasında sazişin yekun mətni razılaşdırılıb
- 12.06.2026 [21:15]
Əraqçi: İran və ABŞ sazişin imzalanmasına çox yaxındır
- 12.06.2026 [18:24]