Fransada 50 mindən çox səhiyyə işçisi etiraz nümayişi keçirib
Paris, 17 iyun, AZƏRTAC
Üç ay sanitar böhrandan sonra Fransada həkimlər, tibb bacıları, xəstə baxıcıları, səhiyyə işçiləri etiraz aksiyası keçirərək, hökumətə sanitar böhran vaxtı verdiyi vədləri xatırladıblar. Nümayişçilər “alqışlar bitdi, indi isə mitinqlərə” şüarı altında küçələrə axışıblar.
AZƏRTAC xəbər verir ki, Paris prefekturasının məlumatına əsasən paytaxtda Ordu muzeyinin qarşında 18 mindən çox nümayişçi toplaşıb.
Bəzi şəhərlərdə radikal anarxist qruplar dinc nümayişi pozaraq, avtomobilləri yandırıblar. Qarşıdurma zamanı polis gözyaşardıcı qazdan istifadə edib, 26 nümayişçi saxlanılıb.
Fransanın 220 şəhərində 50 mindən çox səhiyyə işçisi etiraz nümayişlərinə qatılıblar.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris