FRANSADA DA QUŞ QRİPİ VİRUSU AŞKARLANMIŞDIR
AZƏRTAC-ın xüsusi müxbiri Frans-Press Agentliyinin yaydığı məlumata istinadən xəbər verir ki, Fransada da quş qripi virusu qeydə alınmışdır. Lion yaxınlığındakı Dombes bataqlığında və Ron departamentində çöl quşlarının cəsədinin tapılması ölkədə böyük həyəcan doğurmuşdur. Kənd təsərrüfatı naziri Dominik Büsero quşlar üzərində aparılmış ilkin yoxlamalar barədə hökumətə məlumat verərək, onların birində H5N1 virusunun müəyyən edildiyini bildirmişdir.
Köçəri quşların ən çox məskunlaşdığı Dombes bataqlığının yerləşdiyi ərazi təhlükəli zona kimi ciddi nəzarətə götürülmüş, ölkədə ev quşlarının vaksinləşdirilməsinə başlanmışdır.
Quş ətinin ixracına görə, Avropa İttifaqında birinci, dünyada isə üçüncü yeri tutan Fransa ev quşlarının bağlı şəraitdə saxlanılmasını qərara almışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [22:28]
Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir
- 09.10.2026 [21:06]
Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb
- 09.10.2026 [19:31]
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib
- 09.10.2026 [19:22]
İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib
- 09.10.2026 [18:37]
Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib
- 09.10.2026 [17:57]