Fransanın dövlət katibi “Top Resa-2015” turizm sərgisində Azərbaycan pavilyonunu ziyarət edib
Paris, 30 sentyabr, AZƏRTAC
Fransanın xarici ticarət, turizmin inkişafı və xaricdəki fransızlarla iş üzrə dövlət katibi Matias Fekl “Top Resa-2015” beynəlxalq turizm sərgisində təşkil edilən Azərbaycan pavilyonu ilə tanış olub.
Azərbaycanın mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov Matias Feklə ölkəmizdə turizmin inkişafı sahəsində həyata keçirilən işlər, sərgidə təqdim olunan xidmət və məhsullar barədə məlumat verib. Sərginin ölkələrimiz arasında turizm sahəsində əlaqələrin daha da inkişafına töhfə verəcəyi vurğulanıb.
Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi, həmçinin milli turizm şirkətləri artıq yeddinci dəfədir ki, “Top Resa” beynəlxalq turizm sərgisində iştirak edirlər.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris