FRANSANIN KEÇMİŞ DÖVLƏT KATİBİ KORRUPSİYADA TƏQSİRLƏNDİRİLİR
1995-2002-ci illərdə İvelin departamentindəki Mant-le-Joli şəhərinin meri, sonralar isə dövlət katibi işləmiş 48 yaşlı P.Bedyen ayrı-ayrı şəxslərdən rüşvət almaqda təqsirləndirilir.
Məhkəmə sənədlərində P.Bedyenin 2005-ci ildə vəfat etmiş bir sahibkar dostundan külli miqdarda, başqa bir nəfərdən isə hər il 7600 avro rüşvət alması faktları əksini tapmışdır. Milli Assambleya deputatının adı digər çirkin işlərdə də hallandırılır. R. Bedyenin rüşvət alması faktı sübuta yetirilsə, onu 150 min avro cərimə və 10 il azadlıqdan məhrumetmə cəzası gözləyir.