Azərbaycan Dövlət İnformasiya Agentliyi

Fransanın köhnə-yeni silahı - demoqrafik tərkibin dəyişdirilməsi ilə aparılan soyqırımı

Paris, 30 mart, AZƏRTAC

Fransanın müstəmləkələrində demoqrafik vəziyyəti dəyişdirmək siyasəti onun müstəmləkə tarixinin mühüm xüsusiyyəti olub və hələ də davam edir. Əsrlər boyu Afrika, Asiya, Karib hövzəsi və Sakit okeanda geniş ərazilərə nəzarət edən Fransa iqtisadi, siyasi və mədəni maraqlarını təşviq etmək üçün tez-tez bu bölgələrin demoqrafik tərkibinə təsir göstərməyə yönəlmiş siyasət həyata keçirib və bu gün də yürüdür.

Fransanın öz müstəmləkələrinin demoqrafik xüsusiyyətlərini dəyişdirmək üçün istifadə etdiyi ən geniş yayılmış üsullardan biri fransız əhalinin bu ərazilərə məcburi və ya stimullaşdırma yolu ilə miqrasiyasıdır. Bu, ilk növbədə, aktiv müstəmləkəçilik dövründə - Fransanın öz varlığını isbatlamağa və müstəmləkəyə çevrilmiş bölgələrin təbii ehtiyatlarını istismar etməyə çalışdığı zaman daha geniş yayılmışdı. O vaxt fransızlar müstəmləkələrdə məskunlaşmağa həvəsləndirilirdi. Çox vaxt maddi təşviq və ya pulsuz torpaq sahəsi verilməsi ilə həmin ərazilərə gətirilən fransızlar sayəsində həmin bölgələrin etnik və mədəni tərkibində əhəmiyyətli dəyişikliklər baş verdi.

Fransız köçkünlərin miqrasiyası ilə yanaşı, koloniyalardan da Fransanın özünə işçilərin immiqrasiyasını təşviq etmək üçün tədbirlər görülüb. Əsasən Şimali və Sub-Sahara Afrikasından olan bu işçilər kənd təsərrüfatı, tikinti və istehsalat sahələrində işləmək üçün idilər, onlar Fransa iqtisadiyyatına töhfə verirdilər.

Miqrasiya siyasəti ilə yanaşı, Fransa müstəmləkələrində yerli əhalinin artımını da nəzarətdə saxlamağa çalışırdı. Bu, bəzən məcburi sterilizasiya və ya doğuşa nəzarət kimi məcburi tədbirlər vasitəsilə həyata keçirilirdi. Bu siyasət tez-tez irqçi və ya Yevgenika metodu kimi vasitələrlə motivasiya edilirdi. Məqsəd yerli əhalinin say artımını məhdudlaşdırmaqla Fransanın müstəmləkələri üzərində siyasi və iqtisadi nəzarətini möhkəmləndirmək idi.

Xülasə, Fransanın müstəmləkələrinin demoqrafik xüsusiyyətlərini dəyişməyə yönəlmiş siyasəti onun bu regionlar üzərində siyasi, iqtisadi və mədəni nəzarətini möhkəmləndirməyə istiqamətlənmiş müstəmləkə layihəsinin mərkəzi elementidir. Bu siyasət müstəmləkə icmalarının tarixində dərin və uzunmüddətli izlər qoyub, bu gün də davam edən demoqrafik vəziyyətin və sosial dinamikanın formalaşmasına kömək edir. Yeni Kaledoniya, Martinika, Korsika kimi ərazilərdə demoqrafik dəyişikliklər siyasəti bu gün də davam edir. Son vaxtlar Martinika bu baxımdan diqqəti daha çox cəlb edir.

Martinikada son günlər vəziyyət gərgin olaraq qalır. Yerli əhali Herve Pintonun həbsinə etirazlarını bildirir və onun dərhal azad olunmasını tələb edirlər. Feliks Deder Qratın varisi olan Herve Pinto əcdadlarından ona miras qalan torpağı tələb edir. Ona məxsus bu torpağı qarət etmək azmış kimi, onun oraya getməsinə də qadağa qoyulub.

Herve Pinto əcdadlarından ona qalmış 16 hektarlıq torpağa yiyələnə bilmir. Martinikanın ən gözəl yerlərində fransızlar yerləşdirilib. Buraya köçürülən fransızların hüququ isə yerli sakinlərin hüquqlarından çox üstündür. Əslində, yerli sakinlərin hüquqlarına demək olar riayət edilmir. Bunu Herve Pintonun timsalında aydın görmək olur. H.Pintonun torpaqlarını qəsb etmək azmış kimi, ona bu kəndin ətrafında dolaşmaq da qadağan olunub.

Ancaq H. Pinto bu torpaqların sahiblərinin varisi kimi onları heç kimə güzəştə getmək istəmir. “Mən hüquqlarıma hörmət tələb etdiyim üçün həbsdəyəm? Mənim mübarizəm qanunidir. Bu, mənim babamın torpaqlarıdır. Məni 50 il həbsə qoya bilərsiniz, amma insanlığımı əlimdən ala bilməzsiniz, razılaşmaq olmaz. Martinika xalqına hörmət edin, mənim qətiyyətim tamdır!”, - deyə H. Pinto vurğulayıb. H.Pintonun inadla öz hüquqlarını tələb etməsi onun 3 dəfə həbsi ilə nəticələnib. Sonuncu dəfə SEM radiosunun proqramına qatılan ictimai fəal elə studiyadan çıxarkən Milli Jandarm Müdaxilə Qrupu (GİGN) tərəfindən saxlanılıb.

Onun vəkili D. Monotuka məhkəmədə “Bu işdə ədaləti, həqiqəti qəbul etməyə cəsarətlənin! Gəlin qazanc güdməyi dayandıraq!” deyərək H. Pintonun azad olunmasını tələb edib.

Jandarmlar onun qadağan olmuş əraziyə getdiyinə görə həbs edildiyini desələr də, həmin vaxt H.Pinto tamamilə başqa yerdə olub və bunu sübut edən videolar var.

Martinika prefekti isə Trois-İlets ərazisindəki “La Pagerie” kəndi ətrafında hər hansı etiraz aksiyasını qadağan edib. Bu, bir daha Fransa müstəmləkələrində yerli sakinlərin acınacaqlı vəziyyətini əks etdirir. Martinikalılar yerlilərin sayının süni şəkildə azaldılması və gəlmələrin sayının artırılmasını Fransa dövləti tərəfindən onlara qarşı aparılan soyqırımı kimi qiymətləndirirlər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanda İKT sektoruna investisiya 49 faizdən çox artıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb

Rəsmi WAM agentliyi: BƏƏ Prezidenti İsrailin Baş naziri ilə görüşüb

Suriyada qaz kəməri partladılıb

Beynəlxalq İnvestisiya Forumunda imzalanan müqavilələr rəqəmsal inkişaf sahəsində texnologiyaların cəlbinə şərait yaradacaq

Azərbaycanın voleybol üzrə qızlardan ibarət yığmalarının yeni baş məşqçisi müəyyənləşib

Səudiyyə Ərəbistanı ABŞ ilə Yaxın Şərqdə təhlükəsizlik məsələlərini müzakirə edib

Azərbaycanın qadın basketbolçulardan ibarət millisinə yunanıstanlı baş məşqçi təyin olunub

Azərbaycan alimləri beynəlxalq konfransda süni intellekt və kompüter dilçiliyi mövzusunda çıxış ediblər

Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlanılıb

Avarçəkmə və kanoe üzrə Mingəçevir Reqatası bu gün Füzulidə start götürəcək

AHİK-də rəqəmsal xidmətlərin Elektron Hökumət İnformasiya Sistemi üzərindən təşkili nəzərdə tutulur

Qızıl və gümüş ucuzlaşıb

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Yol polisindən at arabalarını idarə edənlərə xəbərdarlıq

Azərbaycan nefti 122,49 dollara satılır

Britaniya parlamentarilərinə Orta Dəhlizin perspektivləri təqdim olunub

Yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

Cəlilabadda yaşayış evində yanğın olub

Yasamalın bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Bu gün Ümumdünya Ürək Günüdür

O, mənim təkcə qardaşım deyil, həm də dostum idi: əsgər Dmitri Solntsevin həyat hekayəsi

Konfutsinin vətənində Dünya Sivilizasiyalar Forumu keçirilir

Bakıda 17 istiqamətdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb

ABC: Hakerlər Pentaqon bazalarından təxminən 3 milyon şəxsin məlumatlarına çıxış əldə ediblər

Rubio: Avropa ciddi çətinliklərlə üzləşib

“Bloomberg”: İran ABŞ seçkilərindən əvvəl atəşkəs perspektivinə şübhə ilə yanaşır

BMT-nin Baş katibi İranın xarici işlər naziri ilə görüşüb

Aİ Ukraynaya silah tədarükünə görə Slovakiyaya 105 milyon avro ödəyəcək

Pentaqon ABŞ seçkilərinə xarici müdaxiləyə qarşı süni intellektdən istifadə edəcək

ABŞ İran və İraq arasında bəzi uçuşları sanksiyalardan azad edə bilər

Suriyada qaz boru kəmərində güclü yanğın baş verib

Azərbaycan Limada mədəniyyəti və turizm xəzinələrini nümayiş etdirib

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Qış səyahəti” adlı musiqili gecə

Murad Rəfiyev: Biz bu yarışa çox hazırlaşmışdıq

Dünya çempionatında qızıl medal qazanan gimnastlarımız: Layiq olduğumuz nəticəyə nail olduq

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar VİDEO

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar VİDEO

UEFA Millətlər Liqası: Belçika Fransa yığmasına məğlub olub

Romada “Harmoniya” sənədli filminin təqdimatı olub

Bakıda 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Tramp: ABŞ və İran vasitəçilər vasitəsilə yeni əlaqələr qurublar

ABŞ dörd Latın Amerikası ölkəsinin rəsmilərinə viza məhdudiyyəti tətbiq edib

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB 2

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya təşkil olunub

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir