Fransız caz qrupu Bakıda çıxış edəcək
Bakı, 19 sentyabr, AZƏRTAC
“Trio Initiatives” fransız caz qrupu Bakıda konsert proqramı ilə çıxış edəcək.
AZƏRTAC xəbər verir ki, Azərbaycan paytaxtında konsert Bakı Beynəlxalq Caz Festivalı çərçivəsində keçiriləcək. “Trio Initiatives” qrupunun çıxışı oktyabrın 20-də “Rotunda” Caz Klubunun səhnəsində olacaq. Konsert saat 20:00-da başlayacaq.
“Trio Initiatives” qrupuna caz ustaları Jan-Kristof Şole (fortepiano), Gildas Boklen (kontrabas) və Simon Bernyeden (baraban) daxildir. “Trio” adlanan qrup təxminən 15 il əvvəl Fransanın musiqi səhnəsində görünüb. Əvvəlcə, həqiqətən qrupa cəmi üç musiqiçi daxil idi. Tezliklə trio kvartetə çevrilib və qrup “akustik reqqi”ni özünün musiqi üslubu seçib. Vokal, gitara və zərb alətlərinə bəzən fleyta, klarnet və akkordeon da əlavə olunur. Lakin heç bir elektronikadan söhbət gedə bilməz. “Trio” qrupu ötən əsrin 60-cı illərində Yamaykada yaranan “reqqi” üslubunu fransız şansonunun ənənələri ilə birləşdirib. Fransız caz qrupunun ilk albomu 1998-ci ildə işıq üzü görüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [13:00]
“Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyi İNDİ duy”
- 24.09.2026 [12:59]
Sazın səsi – sözün nəfəsi: Ağbaba-Çıldır aşıq sənətinin ustadları yad edilib
- 24.09.2026 [12:20]
Şahverdi şəlaləsi - yolun özü də bir macəradır VİDEO
- 24.09.2026 [12:05]
Əsrlərin yadigarı – “Diri Baba” türbəsi VİDEO
- 24.09.2026 [01:09]
“Euronews” Azərbaycan musiqi irsi ilə bağlı videosüjet hazırlayıb
ABŞ-nin neft ehtiyatları artır
- [13:07]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Xəzərdə zəlzələ olub
- [11:35]
Bu gün Ümumdünya Dəniz Günüdür
- [11:21]