Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır
Bakı, 25 aprel, AZƏRTAC
Fransa vətəndaşlarının yarıdan çoxu Prezident Emmanuel Makronun Avropa İttifaqının fəaliyyətinə və qərarlarına real təsir göstərə biləcəyinə şübhə ilə yanaşır.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumat BFM telekanalının apardığı sosioloji rəy sorğusunun nəticələrində öz əksini tapıb.
Məlumata görə, sorğuda iştirak edən fransalıların 57 faizi Emmanuel Makronun 2017-ci ildən bəri Aİ qərarlarına təsir göstərmək üçün ciddi nüfuzunun olmadığını düşünür. Rəyi soruşulan vətəndaşların yalnız 42 faizi əks fikirdədir. Respondentlərin qalan hissəsi isə bu suala cavab verməkdə çətinlik çəkib.
Qeyd edək ki, sorğunun nəticələri cümə axşamı günü Fransa dövlət başçısının Sorbonna Universitetində Avropa İttifaqı mövzusuna həsr olunan çıxışı fonunda dərc olunub. Aprelin 23-24-də keçirilən sorğuda minə yaxın fransalı iştirak edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [19:07]
Belçika şirkətləri kiberhücumlarla daha çox üzləşirlər
- 16.10.2026 [19:07]
Aİ və Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirmək niyyətindədir
- 16.10.2026 [18:23]
Çexiyada Senata seçkilərin ikinci turu keçirilir
- 16.10.2026 [18:19]
Efiopiyada Tiqray bölgəsinə altı aylıq keçid administrasiyası yaradılıb
- 16.10.2026 [17:04]
İtaliya və İspaniya sərhəd yoxlamalarını ləğv etməyə hazırlaşır
- 16.10.2026 [17:00]