Frayberqa: Baş Assambleya BMT daxilində həlledici orqan olaraq qalmalıdır
Nyu-York, 24 sentyabr, AZƏRTAC
BMT Baş Assambleyasının təməl prinsipi ondan ibarətdir ki, hər millətin səsi eşidilir və yeri var.
AZƏRTAC-ın məlumatına görə, bunu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Frayberqa BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində mərkəzin təşkilatçılığı ilə keçirilən “Çoxtərəflilik yolayrıcında: Çağırışlar və sülhə gedən yol” adlı yan tədbirdə çıxışı zamanı deyib.
O, bu prinsipin çox vacib olduğunu bildirib. “Baş Assambleya buna görə də Birləşmiş Millətlər Təşkilatının strukturları daxilində həlledici əhəmiyyəti olan orqan kimi qalmalıdır. BMT-nin 5 daimi veto hüququna malik üzvü olan Təhlükəsizlik Şurasının strukturu düzgün deyil”, - deyə o əlavə edib.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Nyu-York
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.10.2026 [18:53]
İstanbulda Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü qeyd edilib
- 29.10.2026 [18:22]
Bolqarıstanda arxeoloji qazıntılar zamanı tarixi bina tapılıb
- 29.10.2026 [17:43]
Aİ iqlim maliyyələşməsinə 2025-ci ildə 32 milyard avrodan çox vəsait ayırıb
- 29.10.2026 [16:39]