FT: Britaniya Yaxın Şərqə təyyarədaşıyan gəmi göndərməyəcək
Bakı, 10 mart, AZƏRTAC
Böyük Britaniya regiondakı hərbi obyektlərinin təhlükəsizliyini gücləndirmək məqsədilə Yaxın Şərqə “HMS Prince of Wales” təyyarədaşıyan gəmisini göndərmək planını təsdiqləməyib.
AZƏRTAC xəbər verir ki, bu barədə “Financial Times” (FT) qəzeti Böyük Britaniya Baş nazirinin Aparat sözçüsünə istinadla məlumat yayıb.
Onun sözlərinə görə, “gəminin göndərilməsi ilə bağlı heç bir qərar qəbul olunmayıb”.
Martın 7-də “Sky News” telekanalı mənbəyə istinadla bildirmişdi ki, Böyük Britaniya Portsmut şəhərində yerləşən “HMS Prince of Wales” təyyarədaşıyan gəmisinin Yaxın Şərqə mümkün göndərilməsinə hazırlaşır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [23:45]
Pentaqon dronlara qarşı 400 milyon dollarlıq lazer sistemləri alır
- 07.08.2026 [22:46]
ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub
- 07.08.2026 [22:37]
Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb
- 07.08.2026 [22:22]
Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb
- 07.08.2026 [21:20]
Antarktida buzlaqları civə mənbəyinə çevrilir
- 07.08.2026 [20:02]
Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur
- 07.08.2026 [19:06]