Futbol üzrə Afrika Millətlər Kuboku başlayır
Bakı, 13 yanvar, AZƏRTAC
Yanvarın 14-də futbol üzrə Afrika Millətlər Kubokuna start veriləcək.
AZƏRTAC xəbər verir ki, 1984-cü ildən sonra ikinci dəfə Kot-d'İvuarın qəbul etdiyi turnirin açılış matçı ev sahibləri ilə Qvineya-Bisau yığmaları arasında olacaq. Görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
Sayca 34-cü dəfə təşkil olunacaq Afrika Millətlər Kubokunda 24 komanda 6 qrupda mübarizə aparacaq. Oyunlar 5 şəhər və 6 stadionda keçiriləcək.
Qrupda ilk iki yeri tutan komandalar birbaşa növbəti mərhələyə vəsiqə qazanacaqlar. Ən yaxşı üçüncü olan dörd yığma da 1/8 finala yüksəlmək hüququ əldə edəcək.
Turnirin maskotu Kot-d'İvuarda "Xoş gəldin" mənasını verən "Akvaba" adlı fildir.
Afrika Millətlər Kubokunu ən çox qazanan yığma Misir komandasıdır. Kollektiv 7 dəfə (1957, 1959, 1986, 1998, 2006, 2008, 2010) çempionluq sevinci yaşayıb. Misir həm də turnirdə ən çox - 26 dəfə iştirak edən yığmadır. Ev sahibi Kot-d'İvuar 24 dəfə, Qana isə 22 dəfə turnirdə mübarizə aparıb.
Qeyd edək ki, fevralın 11-dək davam edəcək Afrika Millətlər Kubokunun mükafat fondu 7 milyon ABŞ dollarıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [13:37]
Zelim Kotsoyev Bakıdakı dünya çempionatını medalsız başa vurub
- 09.10.2026 [11:55]
AMADA "Kəpəz" klubunda seminar keçirib
- 09.10.2026 [11:46]
İngiltərə klubunun sahibi komandanın satışını nəzərdən keçirir
- 09.10.2026 [11:10]
NTD amerikalı basketbolçunu transfer edib
- 09.10.2026 [10:47]
Azərbaycanın 8 boksçusu Avropa çempionatında yarımfinal döyüşünə çıxacaq
- 09.10.2026 [10:37]
Bu gün Azərbaycan Basketbol Liqasında II tura start veriləcək
- 09.10.2026 [10:32]