Futbol üzrə “Aspire Tri Series” beynəlxalq turnirinə yekun vurulub
Bakı, 26 fevral, AZƏRTAC
Qətərdə keçirilən “Aspire Tri Series” beynəlxalq turnirinə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, turnirdə “Qəbələ” futbol akademiyasının, yerli “Aspire” və Fransanın “Mets” klublarının üç müxtəlif yaş qrupundan olan komandaları mübarizə aparıb.
Yarışın sonuncu günündə “Qəbələ” meydan sahibləri ilə görüşüb. U-10 komandalarının oyununda Qətər təmsilçisi qalib gəlib - 7:1. “Qəbələ”nin yeganə qolunu Murad Abdullayev vurub. Ötən tur “Mets”ə 1:3 hesabı ilə uduzan Anar Surxayevin yetirmələri 3-cü yeri tutub. İlk oyununda fransalılara 5:4 hesabı ilə qalib gələn U-11 komandamız meydan sahibləri ilə matçdan xalsız ayrılıb - 0:4. Namiq Əliyevin yetirmələri turniri 2-ci pillədə başa vurublar. U-12-lərin mübarizəsində də qalib gələn “Aspire” olub - 4:2. “Qəbələ”nin qollarına Hüseyn Hüseynzadə və Cavad Kərimov imza atıblar. “Mets”ə də uduzan (1:7) Zaur Hacıyevin yetirmələri turnirin 3-cüsü olublar.
Qeyd edək ki, U-10 və U-11-lərin yarışında “Aspire”, U-12-lərin turnirində isə “Mets” qalib adına yiyələnib.
Turnirin son oyunlarından sonra mükafatlandırma mərasimi keçirilib. Tədbirdə yarışın bütün iştirakçılarına xatirə hədiyyələri təqdim olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [14:29]
Azərbaycanın gimnastika komandası Avropa çempionatının finalına yüksəlib
- 15.10.2026 [13:26]
Azərbaycanda ilk dəfə “Oceanman” beynəlxalq üzgüçülük yarışı keçiriləcək
- 15.10.2026 [13:07]
Vidadi Rzayev: "Qarabağ" – "Neftçi" derbisində favorit görmürəm
- 15.10.2026 [12:43]
Azərbaycan futzal millisinin oyunu ilk dəfə Lənkəranda keçiriləcək
- 15.10.2026 [12:37]
Erlinq Haaland Çempionlar Liqasında bir neçə rekorda imza atıb
- 15.10.2026 [11:51]
Azərbaycan klubu braziliyalı voleybolçunu heyətinə qatıb
- 15.10.2026 [11:21]
Azərbaycan dünya çempionatında 9 boksçu ilə təmsil olunacaq
- 15.10.2026 [11:20]