Futbol üzrə Azərbaycan çempionatının VIII turuna yekun vurulub
Bakı, 1 oktyabr, AZƏRTAC
Oktyabrın 1-də “Araz-Naxçıvan” - “Zirə” oyunu ilə futbol üzrə Azərbaycan çempionatının VIII turuna yekun vurulub.
AZƏRTAC xəbər verir ki, “Dalğa Arena”da keçirilən görüşdə Naxçıvan təmsilçisi minimal hesabla qalib gəlib. Oyunda yeganə qolu 78-ci dəqiqədə Nuno Rodrigez vurub.
Bu gün Gəncə şəhər stadionunda oynanılan “Kəpəz” - “Qəbələ” matçında isə qonaqlar qalib gəliblər - 0:1. “Qəbələ”nin heyətində Bilel Auaşeriya 52-ci dəqiqədə adını tabloya yazdırıb.
Turun əvvəlki görüşlərində aşağıdakı nəticələr qeydə alınmışdı:
“Qarabağ” - “Sumqayıt” - 5:0;
“Turan Tovuz” - “Neftçi” - 0:1;
“Səbail” - “Sabah” - 2:2.
Səkkiz turdan sonra “Zirə” və “Qarabağ” 16 xalla çempionatda liderliyi bölüşürlər. “Səbail” 14 xalla üçüncü, “Araz-Naxçıvan” 13 xalla dördüncü, “Neftçi” isə 12 xalla beşinci sırada qərarlaşıb. “Turan Tovuz”un 11, “Sumqayıt”ın 8 (bir oyun az keçirib), “Qəbələ”nin 7, “Sabah”ın 6, (bir oyun az keçirib), “Kəpəz”in isə 5 xalı var.