Futbol üzrə Azərbaycan kuboku uğrunda yarışın yarımfinal oyunlarının vaxtı və yeri müəyyənləşib
Bakı, 3 aprel, AZƏRTAC
Futbol üzrə Azərbaycan kuboku uğrunda yarışın yarımfinal mərhələsinin cavab oyunlarının vaxtı və keçiriləcək stadionları müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, aprelin 5-də günün ilk oyunu “Qəbələ” və “İnter” komandaları arasında oynanılacaq. Qarşılaşmaya saat 16:30-da Qəbələ şəhər stadionunda start veriləcək.
Saat 19:30-da başlayacaq “Qarabağ”-“Neftçi” matçı isə Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.
Qeyd edək ki, ilk görüşlərdə “Qəbələ” komandası səfərdə “İnter”i 3:1, “Qarabağ” klubu isə “Neftçi”ni 2:0 hesabı ilə məğlub edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [12:03]
Azərbaycanın daha 3 boksçusu U-17 Avropa çempionatında mərhələ adlayıb
- 05.10.2026 [12:02]
“Euronews” Azərbaycan cüdoçusunun dünya çempionatındakı uğurundan yazıb
- 05.10.2026 [10:50]
UEFA Millətlər Liqası: Türkiyə yığması bu gün İtaliyanın qonağı olacaq
- 05.10.2026 [09:49]
Beynəlxalq Şahmat Federasiyasının yeni prezidenti Bakıya gəlib
- 05.10.2026 [09:43]