Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVI tura start verilib
Bakı, 8 may, Nicat Məmmədov, AZƏRTAC
Mayın 8-də futbol üzrə Azərbaycan Premyer Liqasında XXVI tura start verilib.
AZƏRTAC xəbər verir ki, açılış oyununda "Sabah" klubu səfərdə "Səbail"lə qarşılaşıb. "ASCO Arena"dakı görüş qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Qolları 15-ci dəqiqədə Boyan Letiç və 37-ci dəqiqədə Lukas Rangel vurublar. Bu, hər iki legionerin paytaxt klubunda ilk qolu olub. İkinci dəqiqədə "Sabah"ın yarımmüdafiəçisi Aleksey İsayev penaltidən yararlana bilməyib.
Bu qələbədən sonra xallarını 39-a çatdıran "Sabah" 4-cü pilləyə yüksəlib. On beş xalı olan "Səbail" isə "Sumqayıt"la birlikdə 7-8-ci yerləri bölüşdürür.
Qeyd edək ki, günün digər oyununda "Qarabağ" klubu "Zirə"ni qəbul edir. Tura mayın 9-da keçiriləcək "Sumqayıt" - "Şamaxı" və "Sumqayıt" - "Neftçi" matçları ilə yekun vurulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [21:27]
"LANDAU Lions"un baş məşqçisi: Daha aqressiv oynamalıyıq
- 07.10.2026 [21:05]
Avropa Kuboku: "LANDAU Lions" doğma meydanda İsveçrə klubuna məğlub olub
- 07.10.2026 [20:18]
Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim
- 07.10.2026 [18:06]
Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb
- 07.10.2026 [17:49]
Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq
- 07.10.2026 [17:30]