Futbol üzrə Birinci Divizionun oyunları ilə bağlı yeni qərarlar qəbul olunub
Bakı, 24 iyul, AZƏRTAC
İyulun 24-də AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, müzakirələrdən sonra 2018-2019-cu il mövsümündə Birinci Divizionda oyunlar Azərbaycan Premyer Liqası klublarının əvəzedici komandaları və ötən mövsüm Birinci Divizionda çıxış etmiş 6 və ya 4 klubun iştirakı ilə keçirilməsi barədə qərar qəbul olunub.
Turnirdə iştirak edən komandaların heyətində 4 futbolçu yaş limiti olmadan, 6 futbolçu 1998-ci il və daha gənc təvəllüdlü, 1-i 2001-ci il və daha aşağı yaşlı olacaq. Qaydalara görə, yaş limiti tətbiq edilməyən 4 futbolçudan 2-si legionerlərdən seçilə bilər.
Həmçinin iclasda futbol veteranları - Nüvər Xasıyevə və Səfər Rəhimova AFFA-nın təqaüdünün verilməsi qərara alınıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [17:43]
İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq
- 05.10.2026 [16:28]
Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb
- 05.10.2026 [15:25]
İbrahimoviç ad günündə özünə bahalı “Ferrari” hədiyyə edib
- 05.10.2026 [14:50]