Futzal üzrə Azərbaycan millisi Yunanıstan yığmasına qalib gəlib
Bakı, 3 mart, AZƏRTAC
Futzal üzrə Azərbaycan milli komandası dünya çempionatının əsas seçmə mərhələsində növbəti qələbəsini qazanıb.
AZƏRTAC xəbər verir ki, bu gün Bakı İdman Sarayında Yunanıstan yığması ilə qarşılaşan millimiz rəqibini 5:2 hesabı ilə məğlub edib. Millimizin qollarını Eduardo Borges, Saiti Ensi, Rafael Vilela, Felipinyo və Amaedo da Silva vurublar.
Oyundan əvvəl AFFA-nın baş katibi Sərxan Hacıyev və Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov futzalçı karyerasını başa vuran Vitali Borisova milli komandanın formasını və diplom təqdim ediblər.
Millimiz əsas seçmə mərhələdə sonuncu oyununu martın 7-də səfərdə Polşa yığmasına qarşı keçirəcək.
Qeyd edək ki, Azərbaycan yığması altıncı qrupda doqquz xalla liderdir. Altı xala malik Polşa kollektivi ikinci sırada qərarlaşıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [21:18]
Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib
- 27.09.2026 [17:25]
Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib
- 27.09.2026 [16:05]
Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb
- 27.09.2026 [14:00]
FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir
- 27.09.2026 [11:02]
Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib
- 27.09.2026 [08:00]
Azərbaycan yığması UEFA Millətlər Liqasında mübarizəyə başlayır
- 26.09.2026 [22:14]
“Neftçi” İdman Klubu Anım Gününə həsr olunmuş cüdo turniri təşkil edib
- 26.09.2026 [22:00]