Füzuli gənclərindən nümunəvi təşəbbüs
Füzuli, 26 iyun, AZƏRTAC
Pandemiyaya qarşı mübarizə tədbirlərində fəal iştirak edən Füzuli rayonunun gənc könüllüləri 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə nəcib aksiya keçiriblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, gənclər Horadiz şəhərindəki Qəhrəmanlar parkında “Horadiz şəhərinin şəhidləri”, “Füzulinin Milli qəhrəmanları” abidələrini, eləcə də “Aprel şəhidlərinə xatirə” abidəsini ziyarət ediblər. Gənclər Qəhrəmanlar parkında və Aprel şəhidlərinə xatirə abidəsinin ətrafında təmizlik-abadlıq işləri aparıb, yaşıllıqları suvarıb, ərazini səliqəyə salıblar.
Gənc könüllülərin iştirakı ilə reallaşan bu tədbir rəğbətlə qarşılanıb.