FÜZULİ MUSAYEV AVROPA TAEKVONDO İTTİFAQININ HAKİMLƏR KOMİTƏSİNİN SƏDRİ VƏZİFƏSİNƏ SEÇİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, İstanbulda keçirilən Avropa Taekvondo İttifaqının (ETU) İcraiyyə Komitəsinin iclasında bu qurumun Hakimlər Komitəsinin sədri vəzifəsi Azərbaycan Taekvondo Federasiyasının I vitse-prezidenti Füzuli Musayevə həvalə olunmuşdur.
ETU-nun vitse-prezidenti postunu tutan F.Musayev yeni vəzifəsinin icrasına İstanbulda yanvarın 26-da start götürəcək Ümumdünya Taekvondo Federasiyasının bayrağı altında keçirilən lisenziya xarakterli beynəlxalq turnirdən sonra başlayacaqdır.
Xatırladaq ki, Pekin yay Olimpiadasına təsnifat xarakterli son turnirdə ölkəmizi Niyaməddin Paşayev (68 kq), Rəşad Əhmədov (80 kq), Çanq Əliyeva (49 kq) və Nigar Hacıyeva (57 kq) təmsil edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [21:27]
"LANDAU Lions"un baş məşqçisi: Daha aqressiv oynamalıyıq
- 07.10.2026 [21:05]
Avropa Kuboku: "LANDAU Lions" doğma meydanda İsveçrə klubuna məğlub olub
- 07.10.2026 [20:18]
Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO
- 07.10.2026 [18:06]