Füzuli rayonunun Üçüncü Mahmudlu kəndi FOTO
Bakı, 2 yanvar, AZƏRTAC
Füzuli rayonunun Üçüncü Mahmudlu kəndi Quruçayın sahilində yerləşir. Əhalisinin əsas məşğuliyyəti kənd təsərrüfatı - əkinçilik, maldarlıq və heyvandarlıq olub.
Kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. Erməni vandalları işğal dövründə kəndi viran qoyaraq xarabalığa çeviriblər.
Vətən müharibəsində düşmənə sarsıdıcı zərbə vuran rəşadətli Azərbaycan Ordusu 2020-ci il noyabrın 7-də kəndi işğaldan azad edib.
AZƏRTAC işğal dövründə erməni vandalizminə məruz qalmış Üçüncü Mahmudlu kəndinin görüntülərini təqdim edir.