GƏLƏN İL “MÜŞFİQ” YARDIMÇI STANSİYASINDA YENİ TRANSFORMATORLAR QURAŞDIRILACAQDIR
İyirmi ildən artıq istifadədə olan və fiziki cəhətdən köhnəlmiş transformatorlar yaxın illərdə artacaq yükə tab gətirmək iqtidarında deyildir. Paytaxtımızın iqtisadi inkişaf dinamikasını və buna uyğun elektrik enerjisinə artan tələbatı nəzərə alaraq “Müşfiq” yardımçı stansiyasının ötürücü gücünü artırmaq barədə qərar qəbul edilmişdir.
Aparılacaq yenidənqurma işləri enerji obyektinin buraxıcılıq qabiliyyətinin yüksəlməsinə, istehlaka yönəldilən elektrik enerjisinin keyfiyyətinin yaxşılaşdırılmasına müsbət təsir göstərəcəkdir.
Yardımçı stansiyada digər işlərin də görülməsi nəzərdə tutulur. Enerji obyektində rele mühafizəsi sistemi təzələnəcək, 10 kilovoltluq qovşaq yenidən qurulacaq, avadanlıqların və buraya birləşdirilən elektrikötürücü xətlərin dəyişdirilməsi üzrə kompleks işlər yerinə yetiriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [14:41]
ADSEA sədri Cəbrayıl şəhərində vətəndaşlarla görüşüb
- 16.10.2026 [14:37]
Heydər Əliyev Beynəlxalq Aeroportu payız-qış uçuş cədvəlinə keçir
- 16.10.2026 [14:20]
2030-cu ildə orta illik inflyasiyanın 4,3 faiz olacağı gözlənilir
- 16.10.2026 [13:43]