GƏLƏN İL TÜRKİYƏDƏ İLK ATOM ELEKTRİK STANSİYASININ TİKİNTİSİNƏ BAŞLAMAQ FİKRİNDƏDİRLƏR
AZƏRTAC Türkiyə kütləvi informasiya vasitələrinə istinadla xəbər verir ki, gələn il ölkədə ilk atom elektrik stansiyasının (AES) tikintisinə başlanacaqdır. 2015-ci ilin sonunadək hər birinin gücü 5 min meqavat olan 3 reaktorun istifadəyə verilməsi nəzərdə tutulur.
Hazırda Türkiyənin enerji sistemi qaz yanacağı ilə əlaqədar Rusiyadan və İrandan asılı vəziyyətdədir. Əvvəllər ölkənin hakim dairələri mürəkkəb seysmoloji vəziyyətlə əlaqədar AES tikintisi planından imtina etmişdilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [17:04]
İtaliya və İspaniya sərhəd yoxlamalarını ləğv etməyə hazırlaşır
- 16.10.2026 [17:00]