Gələn ilin fevralında Təl-Əvivdə cüdo üzrə “Böyük dəbilqə” turniri keçiriləcək
Bakı, 3 dekabr, AZƏRTAC
Beynəlxalq Cüdo Federasiyası “Böyük dəbilqə” turnirlərindən birinin 2021-ci ilin fevralında İsraildə keçirilməsinə qərar verib.
AZƏRTAC xəbər verir ki, İsrail Cüdo Federasiyasının prezidenti Moşe Ponte bu barədə “The Jerusalim Post” agentliyinə müsahibəsində bildirib.
O deyib ki, paytaxt Təl-Əvivdə keçiriləcək bu nüfuzlu turnir “Tokio-2020”yə lisenziya xarakterli həlledici yarışlardan biri olacaq.
Qeyd edək ki, son iki ildə İsraildə cüdo üzrə iki Qran-Pri turniri keçirilib. Bu ölkə 2018-ci ildə Avropa çempionatına ev sahibliyi edib.
Tokio Olimpiadası 2020-ci ilin iyulun 24-dən avqustun 9-dək keçirilməli idi. Pandemiya səbəbindən yarış bir il təxirə salınıb və 2021-ci ilin iyulun 23-dən avqustun 8-dək keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [22:55]
Ayxan Abbasov: Vəziyyətdən çıxmağın yolu Litva ilə oyunda qələbə qazanmaqdır
- 01.10.2026 [22:41]
Mahir Emreli: Komanda yaxşı vəziyyətdə deyil
- 01.10.2026 [21:16]
FHN-in voleybol komandası beynəlxalq turnirdə yüksək nəticə göstərib
- 01.10.2026 [19:13]
Bakıda üzgüçülük üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib
- 01.10.2026 [19:09]