Gənc cüdoçularımız Avropa kuboku turnirini 4 medalla başa vurublar
Bakı, 18 iyul, AZƏRTAC
Praqada gənc cüdoçular arasında keçirilən Avropa kuboku uğrunda turnirdə Azərbaycan komandası 4 medal qazanıb.
AZƏRTAC xəbər verir ki, turnirin ikinci günündə daha bir cüdoçumuz medal əldə edib. Belə ki, qızlar arasında mübarizə aparan Könül Əliyeva (48 kq) yalnız finalda məğlub olaraq ikinci yeri tutub.
Qeyd edək ki, bundan əvvəl komandamızın üzvləri Qasım Vəlizadə (60 kq), Rəşad Quluzadə (66 kq) oğlanların yarışında gümüş medal qazanıblar. Qızlar arasında keçirilən turnirdə isə Nərmin Əmirli (+78 kq) bürünc medala layiq görülüb.
Avropa kuboku yarışında 33 ölkədən 383 idmançı mübarizə aparıb. Azərbaycan turnirdə 11 cüdoçu ilə təmsil olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [17:59]
Azərbaycan U-15 Avropa çempionatında 21 boksçu ilə təmsil olunacaq
- 16.10.2026 [17:40]
Türkiyəli məşhur futbol mütəxəssisi dünya çempionatı üçün Bakıya gəlir
- 16.10.2026 [16:56]
Premyer Liqa: “Şamaxı” turun açılış oyununda əzmkar qələbə qazanıb
- 16.10.2026 [16:40]
AFFA rəsmiləri “Qarabağ”ın akademiyasını ziyarət ediblər
- 16.10.2026 [16:14]