GƏNC FİLM İSTEHSALÇILARI ASSOSİASİYASI TƏSİS EDİLMİŞDİR
QHT-nin ilk layihələrindən biri “Fokus” adlı kinoalmanaxın nəşri olacaqdır. Topluda gənc kinematoqrafçıların layihələrinin işıqlandırılmasına, onları narahat edən problemlərin müzakirəsinə, tənqid və özünütənqid mədəniyyətinin formalaşmasına, dünya kino klassiklərinin əsərlərinin nəşrinə xüsusi diqqət yetiriləcəkdir.
Bundan əlavə, gənc kinematoqrafçıların dünya kino prosesindən geri qalmamaları üçün İnternet təhsili və marketinqinin təşkili, onların xarici həmkarları ilə əlaqələrinin möhkəmlənməsi üçün İnternet portalının təsis edilməsi nəzərdə tutulmuşdur.
AGFİA layihələrini Gənclər və İdman, Mədəniyyət və Turizm nazirlikləri, Kinematoqrafçılar İttifaqı və Kinorejissorlar Gildiyası ilə birgə həyata keçirəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [23:00]
Bakıda beynəlxalq tanqo marafonu
- 09.10.2026 [22:17]
Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi
- 09.10.2026 [19:21]
Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub
- 09.10.2026 [17:55]