“Gənc İstedadlar” liseyində 20 Yanvar faciəsinə həsr olunmuş anım tədbiri
Bakı, 19 yanvar, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) nəzdində “Gənc İstedadlar” liseyində 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirilib.
BDU-dan AZƏRTAC-a bildirilib ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi anılıb.
Tədbirdə liseyin direktoru Arif Bağırov, Vətən müharibəsi qazisi, ehtiyatda olan polkovnik-leytenant Nihat Abdullayev 20 Yanvar faciəsinin dəhşətlərindən danışıb, qanlı hadisənin qan yaddaşımızdan silinməyəcəyini bildiriblər.
Sonra şagirdlərin iştirakı ilə ədəbi-bədii kompozisiya təqdim olunub.