Gənc karateçi: Bizi qarşıda daha böyük yarış gözləyir
Tbilisi, 10 yanvar, AZƏRTAC
Gürcüstanın paytaxtı Tbilisidə keçirilən karate üzrə A Seriyası yarışlarında iştirak etmək mənim üçün böyük sınaqdır. Ona görə ki, bizi qarşıda daha böyük yarış gözləyir. Bu baxımdan, Tbilisi turniri bizim üçün bir növ hazırlıq mərhələsidir.
Bunu AZƏRTAC-a müsahibəsində Azərbaycanın karate üzrə yeniyetmə və gənclərdən ibarət milli komandasının üzvü, 2022-ci ildə U 21-də Avropa çempionu olmuş Rahib Əzim söyləyib.
Onun sözlərinə görə, fevral ayında Kiprdə yeniyetmə gənclər arasında Avropa turniri keçiriləcək və o da həmin yarışa qatılacaq. "Bu turnir öncəsi Tbilisidə keçirilən A Seriyasında iştirak etmək mənim üçün çox önəmlidir", - deyə Rahib Əzim vurğulayıb.
Qeyd edək ki, 18 yaşlı Rahib Əzim həmin yarışda 85 kiloqram çəki dərəcəsində mübarizə aparacaq.
Rahib Əzim 2022-ci ildə Avropa çempionu, 2023-cü ildə isə Avropa üçüncüsü olub.
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [21:18]
Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib
- 27.09.2026 [17:25]
Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib
- 27.09.2026 [16:05]
Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb
- 27.09.2026 [14:00]
FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir
- 27.09.2026 [11:02]
Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib
- 27.09.2026 [08:00]
Azərbaycan yığması UEFA Millətlər Liqasında mübarizəyə başlayır
- 26.09.2026 [22:14]
“Neftçi” İdman Klubu Anım Gününə həsr olunmuş cüdo turniri təşkil edib
- 26.09.2026 [22:00]