GƏNC LİDERLƏR ÜÇÜN İNFORMASİYA SESSİYASI
Azərbaycan Gənc Hüquqçular Birliyi ABŞ Hüquqçular Assosiasiyasının maliyyə yardımı ilə gənc liderlər üçün informasiya sessiyası keçirməyi nəzərdə tutmuşdur. Tədbir Gənclər gününə həsr ediləcəkdir. Birlikdən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, vətəndaş hüquqlarına və siyasi hüquqlara həsr olunacaq sessiyadan əsas məqsəd bu mövzuda diskussiyaların, habelə gənclərin tez-tez rastlaşdıqları problemlərə dair hüquq məsləhətləşmələrinin keçirilməsidir.