GƏNC RƏSSAMIN FƏRDİ SƏRGİSİ AÇILACAQDIR
Azərbaycan Mədəniyyətinin Dostları Fondunun, Mədəniyyət və Turizm, Gənclər və İdman nazirliklərinin dəstəyi ilə açılacaq sərgidə İlqarın boyakarlıq, fotoqrafiya, kompyuter qrafikası sahəsindəki işləri nümayiş etdiriləcəkdir.
On beş yaşlı rəssam 160 saylı orta məktəbin şagirdi, “British Council”in tədrisi mərkəzində ingilis dilini öyrənir. Beş yaşından təsviri sənətlə məşğul olan İlqarın ilk fərdi sərgisi 2001-ci ildə dövlət səviyyəsində keçirilmişdir. Haqqında iki sənədli film çəkilmişdir. Adı Gənclər və İdman Nazirliyinin xüsusi istedadlar haqqında nəşr etdiyi “Azərbaycan gəncliyi-Azərbaycanın gələcəyi” kitabına düşmüşdür.
Tanınmış rəssam Səbinə Şıxlinskayanın rəhbərliyi altında çalışan İlqarın işləri Türkiyə, Hindistan, Böyük Britaniya, Yaponiya, Polşa, İran, Fransa, ABŞ, Rusiya və Gürcüstanda nümayiş etdirilmişdir.
İlqar Talıbov həm də idman rəqsləri üzrə Azərbaycan, Avropa, Rusiya kuboklarını qazanmışdır, Azərbaycan çempionudur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [15:41]
Xalq rəssamı: Vahid məktəbli geyimi ətrafındakı təxribatlara uymamalıyıq
- 13.10.2026 [14:53]
AZƏRTAC Xaqani Şirvaniyə həsr olunan yazılar silsiləsini davam etdirir
- 13.10.2026 [14:26]
Dillər Universitetində Çinin “Çunyan” bayramı münasibətilə tədbir keçirilib
- 13.10.2026 [14:15]
Soltan Soltanlı Serbiyada keçirilən beynəlxalq yarışmada üçüncü yeri tutub
- 13.10.2026 [12:55]
İstanbulda ədəbi-bədii proqram: “Zəfər yolundan Türk dünyasına”
- 13.10.2026 [11:29]
Milli İncəsənət Muzeyində ilin sonunadək bir sıra mühüm sərgilər açılacaq
- 13.10.2026 [11:26]
Azərbaycan Banqkokda beynəlxalq ipək sərgisində təmsil olunur
- 13.10.2026 [11:12]