Gənc vətənpərvərlər ermənilərin törətdikləri soyqırımı və terrorlara son qoyulmasını tələb edirlər
Bakı, 29 mart (AZƏRTAC). Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Gənc Vətənpərvərlər Birliyi (GVB) 31 mart - Azərbaycanlıların Soyqırımı Günü münasibəti ilə “Ermənilərin törətdikləri soyqırımlara, terrorlara son qoyulmalıdır” mövzusunda tədbir keçirmişdir.
GVB-nin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, ulu öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Çıxış edənlər bildirmişlər ki, 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ümummilli lider Heydər Əliyevin 1988-ci il 26 mart tarixli Fərmanına əsasən ilk dəfə dövlət səviyyəsində qeyd edilmiş və son iki yüz ildə xalqımıza qarşı törədilmiş ağır cinayətlərə hüquqi -siyasi qiymət verilmişdir.
Tədbirdə tarixçi alimlər, gənclər təşkilatları və idman federasiyalarının nümayəndələri iştirak etmişlər.
Sonda tədbir iştirakçılarına soyqırımla bağlı bukletlər paylanmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 31.03.2026 [16:47]
MEK-də Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan sərgi açılıb
- 31.03.2026 [16:23]
Milli yaddaşın qorunması: BMU-da soyqırımı hadisələri geniş təhlil edilib
- 31.03.2026 [14:22]
Xalqımıza qarşı törədilən cinayətlər heç vaxt unudulmayacaq ŞƏRH
- 31.03.2026 [14:15]
31 Mart hadisələri: Azərbaycan xalqının faciəsi və tarixi yaddaşı
- 31.03.2026 [12:35]
1918-ci il soyqırımı erməni vandalizminin qanlı izləridir – ŞƏRH
- 31.03.2026 [12:05]