Azərbaycan Dövlət İnformasiya Agentliyi

Gəncə dovğası: dad, yaddaş və ənənələr

Gəncə dovğası: dad, yaddaş və ənənələr

Gəncə, 26 aprel, Günel Əliyeva, AZƏRTAC

Küçədə yaz mehinin pərdələrlə oynadığı, günəş şüalarının evə dolduğu bir gündür. Havanı təzə göyərtinin yüngül ətri bürüyüb, mətbəxdə isə qab-qacaq səsləri eşidilir. Böyük alüminium qazanın içində aşağı qazda dovğa qaynayır. Qatıq, düyü və təzə göyərtidən ibarət bu isti şorba Gəncədə elə hazırlanır ki, özəl və təkrarsız dadı olur. Deyirlər ki, bu dadı yalnız burda almaq olar.

Yerli sakinlər əmindirlər ki, dovğanı müxtəlif cür bişirmək olar, amma Gəncə dovğasının bir başqa sehri var. Bu evdə dovğa bir neçə nəsildir ki, bişirilir və bu gün AZƏRTAC-ın qonağı olduğu ev xanımı Təranə Abtalıbova həmin resepti uşaqlıqdan xatırlayır.

Göyərti – kulinariya poemasının birinci hissəsidir

Geniş, zamanın kölgəsini daşıyan mətbəxdə görüşürük. Taxta masanın üzərində dəstələrlə təzə şüyüd, keşniş, nanə, cəfəri və ispanaq göyərtiləri var.

“Dovğa bir çoxlarının düşündüyü kimi qatıqla başlamır”, – deyə o, ehtiyatla qollarını çırmalayaraq danışır: “Hər şey hazırlaşmaqla və göyərti ilə başlayır”.

Nanə dəstəsini götürüb yarpaqlarını nəvazişlə qoparır. Ardınca şüyüd, keşniş və cəfəri. Onun hərəkətləri yumşaq və ölçülüdür, sanki sadəcə göyərti doğramır, ona hekayə danışır.

“Göyərtini tələsik doğramaq olmaz”, – deyə o, göyərtini nazik və bərabər doğrayaraq davam edir: “Hər yarpaq öz ətrini tam verməlidir”.

Sanki rəssam fırçası özü ilə davrandığı kimi o da bıçaqla Gəncə mətbəxinin kətanı üzərində ilk toxunuşunu yaradır. Hər hərəkəti məna, sevgi və qayğı ilə doludur.

Dovğa bir dərman kimi: ispanaqsız zəriflik

Bir anda ev sahibi ayrıca bir qaba göyərtinin bir hissəsini ayırıb qoyaraq astaca, demək olar ki, pıçıltı ilə deyir: “Bizdə belə bir qayda var ki, əgər evdə kimsə xəstədirsə, ona xüsusi dovğa bişiririk. Gəncədə xəstələr üçün dovğa ispanaqsız hazırlanır. Yalnız aromatik göyərtilərlə”.

Qadının bu sözləri məni təəccübləndirdi. Axı, adətən ispanaq bu sup üçün vacib tərkib hissəsidir. Üzümə baxıb təəccübümü görəndə gülümsəyir və davam edir:

“Biz öz əzizlərimizi qoruyuruq”, – deyə Təranə xanım izah edir: “İspanaq bədəndə suyu saxlaya bilər, amma şüyüd və dağ keşnişi kimi göyərtilər, əksinə, şəfa verir. Bu cür dovğa yüngül, təravətli olur. Bir qurtum içirsən, elə bil bütün ağırlıq ruhundan çıxıb gedir”, – deyə Təranə xanım danışır.

Kömür üstündə qatıq: keçmişin nəfəsi

Yanımızda böyük alüminium qazan durur, tezliklə dovğanı bu qazanda bişirəcəyik.

“Əvvəllər dovğanı başqa cür bişirirdilər” – deyə səmimi bir nostalgiya ilə xatirələrə dalır: “Səhər tezdən ocaq qalayırdılar, qatığı kömürün üstünə qoyurdular. Qatıq asta-asta isinir, evdəki səssizlik sanki onun nəfəsini dinləyirdi...”, – səsində isti bir həsrət duyulurdu.

Ev xanımının sözlərinə görə, yalnız qatıq buxarlanmağa başlayanda düyü əlavə olunurdu. Sonra isə göyərti. Beləliklə, bütün ərzaqlar bir-bir qazana tökülürdü.

“O vaxt bütün yeməklər kömürdə hazırlanırdı. Elə bil dadı da başqa olurdu - daha zəngin, daha mənalı. Tüstünün qoxusu yeməklərə xüsusi bir cazibə verirdi. İndi isə əlbəttə, hər şey daha rahatdır: qaz sobası, elektrik plitələri, hətta dovğanı asan və tez bişirən avadanlıqlar var… Amma deyim ki, əsl dovğa səbr, anlayış və reseptə hörmətlə hazırlanan dovğadır. Ocaq ya qaz fərq etməz, əsas odur ki, hər qaşıqda ruh olsun. Mən də bütün bu texnikanı xoşlamıram, hər şeyi əllə etməyi üstün tuturam, çünki bu işdə öz zəhmətimi hiss edirəm”, – deyə bildirib.

Dovğa necə bişirilir?

Onun ehtiyatla qazana un tökdüyünü, qatıq və yumurtanı əlavə etdiyini və lazımi teksturanı (nəticəni) əldə edənədək qarışdırdığını izləyirəm.

“Aşağı odda bişirmək əsasdır”, – deyə dovğadan gözünü çəkmədən danışır: “Dovğa elə bişməlidir ki, qatıq çürüməsin, ipək kimi kütləyə çevrilsin. Amma göyərti ayrı bir sirdir. Biz gəncəlilər göyərtini digər bölgələrlə müqayisədə daha çox əlavə edirik: şüyüd, keşniş, nanə və digər göyərti növləri. Bu, bizim dovğanı xüsusi edir”.

O, bir anlıq susur, sonra qürurla əlavə edir: “Başqa yerlərdə dovğanı ya daha duru, ya da azca qatı edirlər, amma Gəncədə biz ənənəyə sadiqik. Biz dovğanı nənələrimizin və onların analarının bişirdiyi kimi bişiririk, bu resepti sanki bir xəzinə kimi ötürürük”.

İlk təcrübə

Həmsöhbətimizin sözlərinə görə, ilk dəfə dovğanı on dörd yaşında bişirib.

“Bir dəfə anama sübut etmək istədim ki, artıq böyümüşəm və təkbaşına dovğa bişirdim. Ay aman, o nə idi! Hər şeyi tezbazar elədim, elə bildim ki, düz edirəm. Qatıq çürüyüb düyün-düyün olmuşdu, düyü həddindən artıq bişmişdi, göyərtini isə çox iri doğramışdım. Əmin idim ki, hər şeyi korlamışam. Amma anam sadəcə başımı oxşadı, səylərimi görüb dedi: “Dovğanı tələsdirmə. Onu səbr və sevgi ilə bişirmək lazımdır, çünki o, tələsməyi sevmir. Gördüyün kimi bağışlamır”. Bax o vaxtdan öyrəndim ki, tələsmək olmaz və xörəyi dinləməliyəm, bəli, məhz dinləməliyəm! Axı o özü bildirir hazır olduğunu”, – deyə Təranə xanım izah edir.

Birdən ondan soruşuram ki, dovğa onun üçün nə deməkdir? Qadın bir anlıq düşünür, dovğanın qazanda sakitcə qaynamağına baxır.

“Görünür, mənim üçün dovğa bir təsəllidir”, – deyə nəhayət o cavab verir: “Ailə istiliyi, rahatlıq, uşaqlıq ətridir... Mən həmişə dovğa bişirirəm, yəni qonaq gələndə, bayram olanda, fərq etmir, amma süfrəmdə həmişə dovğaya yer tapılır. Axı onun ətri qucaq kimidir. Təkcə bədəni isitməz, ruhu da sağaldar”.

Uşaqlığa qaytaran dad

Nəhayət, dovğamız hazırdır. Qaşığı götürüb bir qurtum içirəm. İlıq, turşməzə, qatığın turşuluğu göyərtinin incə ətri ilə birləşir, yüngül qatı strukturu isə nəsillərin qoruduğu sirri hiss etdirir.

Qatığın məxməri teksturası, yumşaq düyü, göyərtinin təravəti və yüngül turşluq bir balans yaradır ki, bunu sözlərlə izah etmək mümkün deyil. Bunu yaşamaq lazımdır.

“Göyərtini qəlbinlə doğra, qatığı səbrlə bişir və o zaman dovğa ruhunun dərmanı olacaq...”, – deyə Təranə xanım vida edərkən pıçıldayır. Bizi bir banka dovğa və hərarət dolu ürəklə yola salır.

Həmin an yalnız bir şey istəyirsən: Gəncəyə bir daha qayıdıb bu ətri, bu istiliyi bir daha hiss etmək…, çünki bu dadın içində keçmiş yaşayır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Böyük Britaniya Səudiyyə Ərəbistanına husilərə qarşı mübarizədə yardım göstərə bilər

Tramp Ağ Evdə yeni helikopter meydançasını açıb

ABŞ-də iki böyük hava limanında uçuşlar dayandırılıb

Trampın iştirakı ilə Qrenlandiya sazişi sentyabrın 22-də imzalanacaq

Salyanda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

Saatlıda regionlarda kibertəhlükəsizlik məsələləri müzakirə olunub

“Gülüstan” sarayında “Əsrin müqaviləsi”nin 32-ci ildönümü və Neftçilər Günü qeyd edilib

Tahir Gözel: “Qarabağ” gələcək nəsillərə qalacaq bir mirasdır

Hörmüz boğazı yaxınlığında gün ərzində ikinci gəmi vurulub

"Turan Tovuz"–"Fənərbağça" matçının biletləri satışa çıxarılır

Azərbaycan cüdoçuları dünya çempionatında daha 3 medal qazanıblar

“Sabah”ın UEFA Çempionlar Liqasındakı ev oyunları üçün vahid biletlər satışa çıxarılıb

Moskvada OANA-nın 65 illiyinə həsr olunmuş media forumu başa çatıb VİDEO

Moskvada OANA-nın 65 illiyinə həsr olunmuş media forumu başa çatıb VİDEO

Bağdad İƏT Xarici İşlər Nazirləri Şurasının 52-ci sessiyasına ev sahibliyi edəcək

Qazaxıstanda yanğının söndürülməsinə 220-dən çox insan və 2 helikopter cəlb olunub

Almaniyada regional seçkilərin nəticələri ölkənin siyasi gündəmində ciddi müzakirələrə səbəb olub

Milli Məclisin sədri: Uşaq hüquqları təhsildə süni intellektdən istifadənin əsas prinsipi olmalıdır

Nikola Düpon-Enyan: Fransanın Aİ-dən çıxmasını təklif edən yeganə namizəd mən olacağam

Bu saata olan əsas xəbərlər

Tarixi coğrafiyamız antik və orta əsr mənbələrindəki Albaniya sərhədləri ilə üst-üstə düşür VİDEO

Tarixi coğrafiyamız antik və orta əsr mənbələrindəki Albaniya sərhədləri ilə üst-üstə düşür VİDEO

“Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri”ndə dəyişiklik edilib

Bakıdan dünyaya uzanan mənəvi irs: Seyid Yəhya Bakuvi VİDEO

Bakıdan dünyaya uzanan mənəvi irs: Seyid Yəhya Bakuvi VİDEO

ABŞ Belarusdan kalium gübrəsi almaq üçün saziş üzərində işləyir

Beynəlxalq Musiqi Festivalı çərçivəsində azərbaycanlı bəstəkarların əsərlərindən ibarət konsert

Antiterror əməliyyatlarının iştirakçısı: Xankəndiyə daxil olanda özümüzdə böyük rahatlıq hiss etdik

Naxçıvan Dövlət Kukla Teatrı ilk dəfə beynəlxalq monotamaşalar festivalında iştirak edəcək

Seyid Yəhya Bakuvi və Azərbaycan təsəvvüf ədəbiyyatı

Toğrul Əsədullayev: Yeni layihələrimizdə muğam sənətinin təbliğinə xüsusi yer verilir

Belqradda Azərbaycanın milli kulinariya nümunələri nümayiş etdirilib

Xəzərdə zəlzələ olub

Azərbaycan şahmatçıları Olimpiadada VI turu qələbə və məğlubiyyətlə başa vurublar

Ermənistanın siyasi rəhbərliyi revanşist çağırışlara qarşı aydın mövqe nümayiş etdirməlidir - ŞƏRH

Musiqiçi: Tədqiqatlarımda əsas diqqəti qədim macar klassik musiqisinin izlərinin araşdırılmasına yönəldirəm

Dünyanın ilk süni intellekt aktrisası canlı yayım zamanı texniki nasazlıq yaşayıb

Cəlilabadda ovçuluq təsərrüfatında yanğın baş verib VİDEO

Cəlilabadda ovçuluq təsərrüfatında yanğın baş verib VİDEO

Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb – YENİLƏNİB 2

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 17 mart tarixli 96 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Natəvan poeziyasında qəlbin etirafları

Futbol üzrə İspaniya millisinin baş məşqçisi ilə yeni müqavilə imzalanıb

Azərbaycanı kata üzrə dünya çempionatında 4 cüdoçu təmsil edəcək

“Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Səməd Vurğunun qızı: Atamın ölümündən sonra arxivdə tamamlanmamış bir şeir tapdıq

Sərdar Salmanzadə: Uşaq futbolunun inkişafı üçün yarışların sayını artırmaq lazımdır - MÜSAHİBƏ

Lənkəran rayonunda keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

Ali Məclisin Hüquq siyasəti komitəsinin iclası olub

TDT regionu enerji və nəqliyyat dəhlizləri baxımından strateji əhəmiyyət daşıyır - ŞƏRH

AZƏRTAC və Vyetnamın VNA xəbər agentliyi informasiya mübadiləsini gücləndirəcəklər VİDEO

AZƏRTAC və Vyetnamın VNA xəbər agentliyi informasiya mübadiləsini gücləndirəcəklər VİDEO

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət ediblər - YENİLƏNİB VİDEO

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət ediblər - YENİLƏNİB VİDEO

Energetika Nazirliyində İctimai Şuranın növbəti iclası baş tutub

Ombudsman: Sülh mədəniyyətinin möhkəmləndirilməsi hər birimizin gündəlik münasibətlərindən başlayır

Bakının daha iki küçəsində avtobuslar üçün xüsusi hərəkət zolağı təşkil edilib

AMB nümayəndəsi: Azərbaycanda Y və Z nəsilləri krediti daha çox maliyyə aləti kimi nəzərdən keçirirlər

Azərbaycanın U-20 millisi yoxlama oyununda heç-heçə edib

Bakı və Hamburq limanları arasında əməkdaşlıq güclənir

Bakı beynəlxalq telekommunikasiya ekspertlərini bir araya gətirib

Naxçıvan Dövlət Universiteti yenidən təşkil edilir

Mərkəzi Bankın şöbə rəisi: Rəqəmsal platformalar gənclərin investisiyalara marağını artırır

DİN-də xidmətə qəbul üçün növbəti sıra baxışı olub VİDEO

DİN-də xidmətə qəbul üçün növbəti sıra baxışı olub VİDEO

MEK-də Dövlət Suverenliyi Gününə həsr olunmuş mühazirə dinlənilib

“Azərbaycan Respublikasının Əmək Məcəlləsində, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 27 fevral tarixli 367-VIIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Saz və Balaban”: Estoniyada Azərbaycan folklor musiqisi və rəqsləri təqdim olunub

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 8 fevral tarixli 38 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi və gömrük sahəsində verilmiş güzəşt və azadolmaların dövlət büdcəsinin gəlirlərinə təsirinin qiymətləndirilməsi metodologiyası və həmin güzəşt və azadolmaların reyestrinin aparılması Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

İctimai iaşə müəssisələrində aşkar edilmiş nöqsanlar aradan qaldırılıb

“Bakı Biznes Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyinə verilməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 30 noyabr tarixli 228 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı”nda və 2014-cü il 17 iyun tarixli 196 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Etnoqraf: Milli geyim gündəlik həyatımızın bir hissəsinə çevrilməlidir

Kompüter və telefon ekranlarının gözlərə təsiri: Göz sağlamlığımızı necə qoruyaq? - Oftalmoloqdan tövsiyələr

AQTA: Qida müəssisələrində HACCP sisteminin tətbiqi genişləndiriləcək

AFFA-da Region Liqasının yeni mövsümünün formatı təqdim olunub

“Sülhün rəngləri” adlı inklüziv rəsm sərgisi təşkil olunub

Kimya İnstitutunun əməkdaşı metanın çevrilməsində istifadə olunan katalizatorları araşdırıb

Yaponiyalı doktorant Azərbaycan botanikləri ilə birgə mamır növünün populyasiya genomikasını araşdırır

Azərbaycandan ixrac olunan çayın dəyəri 5 milyon dolları ötüb – QRAFİK

Məhkəmə Ekspertizasının Metodik Fondu istifadəyə verilib

Koreyalılar Azərbaycan dastanları barədə məlumatlandırılıblar

Çin eksperti: Azərbaycan və Çin arasında yaşıl enerji sahəsində əməkdaşlığın böyük potensialı var ŞƏRH

Şərqşünas-alim VIII Beynəlxalq İstanbul Aktual Elmi Tədqiqatlar Konfransında məruzə edib

Sabah Xətai rayonunun bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq

Milli Məclisin İnsan hüquqları komitəsinin payız sessiyasında ilk iclası keçirilib

Azərbaycanın müalicə-sağlamlıq turizmi potensialı beynəlxalq auditoriyaya təqdim edilib

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Ukraynanın taxıl ixracı 22 faiz azalıb

15 yaşınadək oğlanlar arasında futbol üzrə dünya çempionatı ilə əlaqədar viza prosedurları sadələşdirilir - SƏRƏNCAM

Son 25 il ərzində orta ixtisas təhsili müəssisələrində tələbələrin sayı 23,2 min nəfər artıb

Özünüməşğulluq proqramı üzrə regionlarda 93 min şəxs üçün kiçik təsərrüfatlar qurulub

15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Masallıda qanunsuz toyuq kəsimi sexləri aşkarlanıb VİDEO

Masallıda qanunsuz toyuq kəsimi sexləri aşkarlanıb VİDEO

“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur

AZAL Mərkəzi Asiya ölkələrinə həftədə 47 reys yerinə yetirir, bu il 400 minədək sərnişin daşıyıb

İnternat müəssisələrində valideyn himayəsindən məhrum uşaqların sayı açıqlanıb

Amerikalı baş məşqçi: “Gəncə” komandasında fərqli və qeyri-standart yanaşmalardan istifadə edəcəyik -MÜSAHİBƏ

® “Carlsberg Azerbaijan” “Xəzəri qoruyaq!” sahilyanı təmizlik aksiyasına qoşulub

Dövlət ümumi təhsil müəssisələrində müəllimlərin 82,5 faizini qadınlar təşkil edir

Göylərdə keçən ömür – Rafiq Səlimovun xatirələri

Türk dünyasının birliyi: Bakı görüşləri və strateji müttəfiqliyin yeni mərhələsi - ŞƏRH

ADPU tədqiqat universiteti olmaq üçün yeni hədəflər müəyyənləşdirib

“Qafqaz Albaniyasının irsinə tarixi baxış” mövzusunda seminar təşkil olunub VİDEO

“Qafqaz Albaniyasının irsinə tarixi baxış” mövzusunda seminar təşkil olunub VİDEO

Qeyri-neft-qaz sektorunda artım iqtisadi şaxələndirməni gücləndirir

ADAU ilə “TEG Agroservis” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb VİDEO

ADAU ilə “TEG Agroservis” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb VİDEO

Azərbaycan FAST çərçivəsində iqlimədavamlı kənd təsərrüfatı üzrə təşəbbüslərini təqdim edib

Ümumi təhsil müəssisələrinin məzunlarının sayı artıb