Gəncə: marafon qalibləri mükafatlandırılıb VİDEO
Gəncə 17 sentyabr, Rauf Hacıyev, AZƏRTAC
Heydər Əliyev Fondunun təşəbbüsü ilə “İradənlə tarix yaz”, “Marafonda bizimlə ol” şüarları altında keçirilən “Gəncə Marafonu-2017”nin kişi və qadın kateqoriyaları üzrə qaliblərinin mükafatlandırma mərasimi olub.
AZƏRTAC xəbər verir ki, mükafatlandırma mərasimi Heydər Əliyev Park Kompleksində keçirilib. Kişi və qadın kateqoriyalarının hər birində ilk yerin sahibi 3 000, ikinci yeri tutan 2 000, üçüncü yerə çıxan isə 1000 manat məbləğində pul mükafatı və xatirə hədiyyələrlə, eləcə də medal və sertifikatlarla təltif ediliblər.
Qeyd edək ki, kişilər arasında Türkiyə vətəndaşı Üzeyir Söyləməz, İran vətəndaşı Mohammed Cəfər Muradi, Gürcüstan vətəndaşı Omar Baikeyev isə üçüncü yerə sahib çıxıb.
Qadınların arasında isə birincilik Ukrayna vətəndaşı Volentina Poltavıskaya nəsib olub. Azərbaycan vətəndaşı Anna Yusipova ikinci, Böyük Britaniya vətəndaşı Nataşa Petersen isə üçüncü yeri tutub.