Azərbaycan Dövlət İnformasiya Agentliyi

Gəncə Qarnizonunda şəhid ailələrinə “Vətən müharibəsi şəhidləri” adlı kitab təqdim edilib

Bakı, 10 iyun, AZƏRTAC

Gəncə Qarnizonunda şəhid ailələrinə “Vətən müharibəsi şəhidləri” adlı kitab təqdim edilib.

Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Vətən uğrunda şəhid olanlar heç vaxt unudulmur. Onların xatirələri həmişə əziz tutulur, adları əbədiləşdirilir, məzarları xalqın ziyarətgahına, and yerinə çevrilir. Şəhid cənazələrinin üzərinə Azərbaycan Respublikasının Dövlət Bayrağı sərilir. Onlar dini və hərbi ənənələrə uyğun olaraq böyük izdihamın iştirakı ilə yaylım atəşi altında Vətən torpağına əmanət edilir. Şəhidlər azadlıq carçısı, əbədiyyət yolçusudurlar. Əsrlər ötsə, nəsillər bir-birini əvəz etsə də onların adları tarixin yaddaşından silinmir, müqəddəs ruhları insanları daha parlaq gələcəyə, qələbədən-qələbəyə, zəfərdən-zəfərə aparır. Şəhidlər bizə həqiqət, ədalət, qəhrəmanlıq, mübarizlik yolunu göstərir.

Xalqımızın ümummilli lideri Heydər Əliyev şəhidlərin xatirəsini həmişə əziz tutar, şəhid ailələrinə xüsusi önəm verərdi. Ulu Öndər gənclərə “Vətən yolunda həlak olanların, müstəqil Azərbaycanın torpaqlarını qorumaq uğrunda şəhid olanların xatirəsi qəlbimizdə yaşayacaqdır... Onların qəhrəmanlıq nümunələri sizi daha mübariz olmağa dəvət etsin” , - deyə müraciət edir və inanırdı ki, Azərbaycan əsgəri şəhidlərin qanını yerdə qoymayacaq, Azərbaycan torpaqlarını şərəflə müdafiə edəcək, respublikamızın ərazi bütövlüyünü təmin etmək üçün son damla qanına qədər mübarizə aparacaq.

Şəhidlərə ehtiram, şəhid ailələrinə dövlət səviyyəsində diqqət və qayğı göstərmək ənənəsi bu gün də uğurla davam etdirilir. Elə bir rəsmi dövlət tədbiri, təntənə, mərasim yoxdur ki, orada öncə şəhidlər xatırlanmasın, yada düşməsin.

Şəhidlik əbədiyyət zirvəsi, şəhidlər isə həmin zirvələrdən yolumuza nur saçaraq Vətəni necə sevməyin, torpağı necə qorumağın yolunu göstərən vətənpərvərlik rəmzidirlər. “Ya şəhid olmaq gərək, ya intiqam almaq gərək!”, “Vətən uğrunda ölüm qədər dadlı və şərəfli ölüm varmı?”, “Şəhidlər ölməz, Vətən bölünməz!”, “Şəhidlər mənəviyyata açılan pəncərədir”, “Döyüş meydanında can versə insan, xoşdur namərdliklə qoyub qaçmaqdan” aforizmi və atalar sözləri bu gün də dillər əzbəridir.

Zəfərlə nəticələnən 44 günlük Vətən müharibəsindən az sonra respublikamızda Anım Gününün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı xalqımız və Ordumuzun şəxsi heyəti tərəfindən tarixi bir sənəd olmaqla yanaşı, həm də şəhidlərimizin xatirəsinə sonsuz ehtiramın bariz nümunəsi kimi minnətdarlıqla qarşılanıb. İlk dəfə olaraq Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq 2021-ci il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd ediləcək.

Müdafiə Nazirliyinin birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində şəhidlərin doğum və anım günlərinin təşkili ənənə şəklini alıb. Abidələr, xatirə kompleksləri, bulaqlar inşa edilir, şəhidlərə həsr olunmuş guşələr yaradılır, yeni yaşıllıq zolaqları salınır. Əlamətdar və tarixi günlərdə, bayramlarda Şəhidlər xiyabanları şəxsi heyət tərəfindən ziyarət olunur. Şəhid ailələri ilə daim əlaqə saxlanılır, onların problem və qayğılarının müsbət həlli üçün bütün imkan tədbirləri görülür.

Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzində keçirilən “Vətən müharibəsi şəhidləri” silsiləsindən birinci kitabın təqdimat mərasimində bu barədə ətraflı söhbət açılıb.

Gəncə şəhərindən, Qazax, Göygöl və Samux rayonlarından gələn şəhid zabit və gizirlərin ailə üzvləri ilə görüşdən öncə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra kitabın müəllifi Əməkdar incəsənət xadimi Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani nəzərə çatdırıb ki, Müdafiə Nazirliyinin və Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) yaxından köməyi ilə nəşrə hazırlanmış bu xatirə nəşri 7 cilddən ibarət olacaq və hər bir şəhid ailəsinə, o cümlədən respublikanın şəhər və rayonlarındakı Heydər Əliyev mərkəzlərinə, muzey və kitabxanalara hədiyyə ediləcək.

Nəfis tərtibatda çapdan çıxan 800 səhifəlik birinci kitabın ilk səhifəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Hərbi Qənimətlər Parkında təltif olunan hərbi qulluqçularla görüşdə çıxışından şəhidlər haqqında və onların ailələrinə ünvanlanan dəyərli fikirləri yer alıb: “Şəhidlərimizin yaxınları üçün təsəlli odur ki, onlar öz canlarını Vətən uğrunda qurban verdilər. Təsəlli odur ki, torpaqlarımız azad olundu, ərazi bütövlüyümüz bərpa edildi. Eyni zamanda, təsəlli odur ki, şəhidlərimizin intiqamını biz döyüş meydanında aldıq. Şəhidlərimizin qanı yerdə qalmadı...”

Məlumat verilib ki, kitabda Azərbaycan Respublikasında Anım Gününün və Zəfər Gününün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamları da əksini tapıb.

Müəllifin “Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər Azərbaycan tarixinin şanlı səhifəsidir” adlandırdığı ön söz əvəzi yazıda XIX əsrin əvvəllərindən başlayaraq günümüzədək erməni faşizminin özləri ilə bölgəyə fəlakətlər, qətliamlar gətirdiyi tarixi faktlarla göstərilir, azərbaycanlılara qarşı torpaq iddiaları ilə törətdiyi soyqırımı hadisələri nifrətlə xatırlanır və nəhayət, Ermənistanın təxribatlarına cavab olaraq Azərbaycanın respublikamızın ərazi bütövlüyünün bərpası və tarixi torpaqlarımızın işğaldan azad edilməsi naminə başladığı 44 günlük Vətən müharibəsi xronoloji ardıcıllıqla oxucunun nəzərinə çatdırılır. Kitabda Azərbaycan Ordusunun şəhid zabit və gizirlərinin Vətənə xidmət peşəsinə həsr olunmuş ömür yoluna çıraq tutulur. Yeri gəldikcə şəhidlərin müqəddəs xatirəsinə, onların intiqamını düşməndən artıqlaması ilə alan igidlərimizin şəninə həsr olunmuş şeirlər, döyüş anlarını əbədiləşdirən fotolar da kitabda təqdim edilir.

“Vətən müharibəsi şəhidləri” silsiləsindən birinci kitabın nüsxələri şəhid ailələrinə hədiyyə olunub. Onlar bu kitabı Azərbaycan Ordusunun 103-cü ildönümünə qiymətli töhfə kimi qəbul ediblər.

Şəhid baş leytenant Elşən Abdullayevin atası, Gəncə Dövlət Universitetinin baş müəllimi Sabir Abdullayev minnətdarlığını bildirərək deyib: “Mənim oğlum mədəniyyət paytaxtımız Şuşa şəhərinə qədər döyüş yolu keçib. Hərbi əməliyyatlar zamanı xidməti vəzifəsinin öhdəsindən layiqincə gəlib. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub. Ancaq ən böyük hədiyyəmiz 30 il düşmən tapdağında inildəyən, əzilən tarixi torpaqlarımızın işğaldan azad edilməsidir. Mənim oğlumun da bu möhtəşəm Qələbənin qazanılmasında kifayət qədər xidməti varsa, deməli, mən xoşbəxt atayam. Elşən ailəmizin yeganə oğul övladı idi. Böyük arzularla yaşayırdı. Bundan sonra da xatirəmizdə 28 yaşlı igid oğul kimi yaşayacaq.

Ehtiyatda olan baş gizir Vaqif Nəsibov digər iki qardaşı ilə birlikdə Azərbaycan Ordusunun yaranmasında, formalaşmasında fəal iştirak ediblər. Birinci Qarabağ müharibəsinin veteranı olan və Tərtər, Goranboy, Ağdərə uğrunda gedən döyüşlərdə xidməti vəzifələrinin öhdəsindən layiqincə gələn Vaqif Nəsibov kitabı bağrına basaraq tədbir iştirakçılarına duyğulu anlar yaşadıb: “Oğlum Xaliddin baş leytenant idi. Müharibənin ilk günlərindən Xocavənd rayonunun bir çox yaşayış məntəqəsinin işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə komandiri olduğu motoatıcı bölüyün şəxsi heyəti ilə birlikdə qarşıya qoyulmuş döyüş tapşırıqlarının uğurla yerinə yetirilməsi üçün səylərini əsirgəməyib. Müharibə Zəfərlə başa çatandan dörd gün keçmiş itkin düşdüyü xəbərini eşitdik. Uzun axtarışlardan sonra - noyabrın 17-də nəşi tapıldı və ertəsi gün Qazax rayonuna gətirilərək Qarapapaq kənd qəbiristanlığında böyük izdihamın iştirakı ilə son mənzilə yola salındı. O, ailəmizin yeganə oğul övladı idi. İndi hərdən düşünürəm, Vətənimizin müdafiəsi uğrunda lazım gələrsə, mən özüm də peşəkar hərbçi kimi oğlumun əvəzindən də döyüşməyə hazıram. Təki Vətən sağ olsun!”.

Baş leytenant Rauf Vaqif oğlu Əsgərovun anası Brilyant xanım təqaüddə olan müəllimədir. Uzun müddət Gəncə şəhərindəki 44 nömrəli tam orta məktəbdə çalışıb. Şəhərin qabaqcıl təhsil işçilərindəndir. Gənclərin vətənpərvərlik tərbiyəsində bu gün də fəal iştirak edir. Kitabın təqdimat mərasiminə Raufun övladları Ruqəyya, Ramilə və Təqi ilə gələn Brilyant ana deyib: “Mənim oğlum Azərbaycan Kənd Təsərrüfatı Akademiyasını bitirib. 2006-2007-ci illərdə Azərbaycan Ordusunda müddətli həqiqi xidmət keçib. Müharibənin ilk günündə qismən səfərbərlik üzrə könüllü olaraq döyüşlərə yollanıb. Motoatıcı bölük komandiri kimi göstərilən etimadı doğruldub. Oğlum uşaq yaşlarından zirək olub. Yaxşı yadımdadır, 1990-cı illərin əvvəllərində Azərbaycanın müstəqilliyi, azadlığı uğrunda Gəncədə mitinqlər başlayanda o məktəbli idi. Bakıda qanlar tökülməsinə etiraz olaraq pioner qalstukunu yandırdı. Oğlum 44 nömrəli məktəbi bitirmişdi. 44 günlük müharibədə Raufum Vətən uğrunda yaşamaq hüququnu itirdi. Təsəllimiz bircə ondadır ki, Müzəffər Ali Baş Komandanımız dediyi kimi torpaqlarımız azad olundu, ərazi bütövlüyümüz bərpa edildi”.

“Vətən müharibəsi şəhidləri” kitabının təqdimat mərasimində şəhidlərin ailə üzvləri xatirələrini bölüşüb və kitabın hazırlanmasında, işıq üzü görməsində zəhməti olan hər kəsə minnətdarlıq ediblər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

“Ceyhun həyatda ən çox güvəndiyim dostum idi” – şəhid həkimin anası

Nepalda dağda baş verən qar uçqunu nəticəsində 14 nəfər itkin düşüb

Xorvatiya müxalifəti Plenkoviç hökumətinə etimadsızlıq məsələsini parlamentə çıxarıb

Yunanıstanda seçkilər yaxınlaşdıqca siyasi rəqabət güclənir

Burhanettin Duran: Qarabağ uğrunda mübarizə yaxın tariximizdə Vətən sevgisinin ən güclü nümunələrindən biri oldu

Bolqarıstanda prezident seçkiləri üçün rəsmi kampaniya başlayıb

Şəhid bacısı: Qardaşım Vətən uğrunda son damla qanına qədər döyüşdü

Rumıniyada yeni hökumətin formalaşdırılması həlledici mərhələyə daxil olub

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Çinin “panda siyasəti": ABŞ-yə 2 panda göndərilib

Vətən uğrunda son nəfəsədək döyüşən Ramil Hüseynov

Abşeron rayonunda şəhidlərin xatirəsinə həsr olunmuş tədbir keçirilib