GƏNCƏ ŞƏHƏRİNİN YOL POLİSİ ŞÖBƏSİNİN RƏİSİNƏXƏSARƏT YETİRMİŞ ŞƏXSLƏR TUTULMUŞDUR
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, sentyabrın 21-də saat 23.30 radələrində, Gəncə şəhəri ərazisində Gəncə Şəhər Polis İdarəsinin yol polisi şöbəsinin rəisi, polis polkovnik-leytenantı İkram Xəlilov yol hərəkəti qaydalarını kobud surətdə pozan “VAZ-21011” markalı avtomaşını saxlamışdır. Avtomaşında olan sürücü və sərnişinlərdən biri İkram Xəlilovu yumruqla vuraraq ona kəllə-beyin xəsarəti yetirmişlər. İ.Xəlilov xəstəxanaya yerləşdirilmişdir, vəziyyəti ağırdır.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Gəncə şəhər sakinləri Zabit Kazımov və Pərviz Məmmədov tutulmuşlar.
Faktla bağlı cinayət işi açılmışdır, araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]