CƏMİYYƏT
Gəncədə yanacaqdoldurma məntəqəsində yanğınla nəticələnən partlayış baş verib
Bakı, 13 iyul, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə Gəncə şəhərinin Kəpəz rayonunda Müseyib Bağırov küçəsində yerləşən “LUKOIL” yanacaqdoldurma məntəqəsində yanğınla nəticələnən partlayış hadisəsinin baş verməsi barədə məlumat daxil olub.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Gəncə Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub, aidiyyəti dövlət qurumları məlumatlandırılıb. Həyata keçirilən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində qısa zamanda yanğının yayılmasının qarşısı alınıb, yanğın saat 12:25-də söndürülüb.
Əlavə məlumat veriləcək.