Gəncənin kommunal təsərrüfatı texnikası qış mövsümünə hazırdır
Gəncə, 14 yanvar (AZƏRTAC). Ölkəmizin ərazisinə yağan qar Gəncədə də özünü göstərmişdır. Lakin texnikanın köməyi ilə şəhərin yollarında nəqliyyatın hərəkətində yarana biləcək problemlər vaxtında aradan qaldırılmışdır.
Bu barədə məlumat verən şəhər mənzil kommunal təsərrüfatı istehsalat birliyinin baş mühəndisi Zahid Məmmədov AZƏRTAC-a demişdir ki, hazırda birliyin öhdəsində olan bütün maşın və mexanizmlər saz vəziyyətdədir və texnikanın köməyi ilə təbiətin törədə biləcəyi hər cürə fəsadları aradan qaldırmaq mümkündür. Elə iki gün əvvəl yağan güclü qar qısa vaxt ərzində yükünü özüboşaldan 12 avtomaşının, 4 avtoqreyderin və 3 küçəsüpürən avtomaşının gücü ilə təmizlənərək yollarda nəqliyyatın hərəkəti üçün təhlükəsiz şərait yaradılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.06.2026 [13:02]
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb
- 13.06.2026 [12:47]
Sabah Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacaq
- 12.06.2026 [18:51]
Bəzi yerlərdə yağış yağır – FAKTİKİ HAVA
- 12.06.2026 [15:31]
Qəbələdə zəlzələ olub
- 12.06.2026 [12:47]