Gəncənin yolları müasir texnikalarla təmizlənəcək
Gəncə, 6 aprel, Elcan Məmmədov, AZƏRTAC
Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin (MKTİB) avtomobil parkına yeni texniki avadanlıqlar və ləvazimatlar gətirilib.
Şəhər MKTİB-dən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Türkiyə Respublikasından Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin avtomobil parkına müasir, yanacağa qənaətli, sovurma və su çiləmə funksiyalarına malik yol təmizləyən maşınlar gətirilib.
Bununla yanaşı, müvafiq satınalma müsabiqəsi əsasında MKTİB-nin texnikaları üçün satın alınan yağlar, akkumulyatorlar, təkərlər və s. ehtiyat hissələri birliyin anbarına yığılıb.